Ukrayna, Moldova və Gürcüstan Avropa İttifaqı üzvlüyünə namizəd olacaq - "Bloomberg"

17 iyun, 2022 15:31

Avropa Komissiyası Ukrayna, Moldova və Gürcüstanın Avropa İttifaqı üzvlüyünə namizəd statusunun verilməsini tövsiyə edəcək.

Azsiyaset.com xəbər verir ki, bu barədə “Bloomberg” nəşri xəbər yayıb.

Bunun üçün ölkələr qanunun aliliyi və korrupsiya ilə mübarizə ilə bağlı bir sıra tələbləri yerinə yetirməli olacaqlar.

Avropa Komissiyası bu gün qərarını açıqlayacaq.