"Ukraynada xüsusi əməliyyat keçirməyə məcbur idik" - Putin

17 iyun, 2022 19:43

“Rusiyanın Ukraynada xüsusi əməliyyat keçirmək qərarı məcburi və zəruri idi”.

Rusiya mediası xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin plenar iclasda çıxışı zamanı deyib.

O bildirib ki, Qərb əvvəlki öhdəliyini yerinə yetirməkdən əsaslı şəkildə imtina edib və onunla hər hansı yeni razılaşma əldə etmək mümkün deyil:

“İndiki şəraitdə bizim üçün artan risklər və təhdidlər fonunda Rusiyanın xüsusi hərbi əməliyyat keçirmək qərarı çətin, lakin şübhəsiz ki, məcburi və zəruri idi. Bu qərar 8 ildir Kiyev tərəfindən soyqırıma məruz qalan rusları və Donbas sakinlərini qorumaq məqsədi daşıyır.

Bu, yeri gəlmişkən, BMT Nizamnaməsinə əsaslanaraq, öz təhlükəsizliyini qorumaq üçün qeyd-şərtsiz hüququ olan suveren ölkənin qərarıdır, bizim vətəndaşlarımızı, “Donbass xalq respublikaları”nın sakinlərini müdafiə etməyə yönəlmiş qərardır”.