ABŞ Ukraynaya zərbə PUA-ları satmaqdan imtina edib

18 iyun, 2022 10:36

ABŞ Ukraynaya 4 ədəd “MQ-1C Gray Eagle” zərbə PUA-larını satmaqdan imtina edib.

Bu barədə “Reuters“ məlumatlı mənbəyə istinadla xəbər yayıb.

Mənbə bildirib ki, qərar Pentaqonun ciddi araşdırmasından sonra qəbul edilib. ABŞ hərbi rəhbərliyi yüksək texnolobiya məhsulu olan dronların Rusiya hərbçilərinin əlinə keçəcəyindən ehtiyat edir.