"Bu, təxribatın nə qədər geniş olmasının təzahürüdür" - Ceyhun Bayramov

06 oktyabr, 2020 14:56

“Ermənistanın hazırkı siyasi-hərbi rəhbərliyinin düşüncə tərzi terrorçuların düşüncəsinə yaxındır”.

Azsiyasət.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov oktyabrın 6-da Bakıda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə deyib.

“Hərbi əməliyyatların aparılmasının öz qanunları var, konvensiyası var. Ancaq Ermənistan üçün heç bir qırmızı xətt yoxdur. Ermənistan silahlı qüvvələri Azərbaycanın böyük şəhərlərini – Gəncəni, Mingəçeviri hədəfə alması bu təxribatın nə qədər geniş olmasının təzahürüdür”, - nazir vurğulayıb.