Azərbaycan qazının Bolqarıstana sınaq nəqlinə başlanıldı

20 iyun, 2022 01:40

Azərbaycan qazının Yunanıstandan Bolqarıstana ilk sınaq tədarükü yeni İGB boru kəməri ilə başlayıb.

Xarici KİV-lər xəbər verir ki, “mavi yanacağın” sınaq həcmi iyul ayına qədər vurulacaq.

Bildirilib ki, borunun gücü ildə üç milyard kubmetr qaz təşkil edir, lakin nasos gücü potensial olaraq beş milyard kubmetrə qədər artırıla bilər.

Qeyd edək ki, IGB qaz kəmərinin (Yunanıstan-Bolqarıstan İnterkonnektoru) tamamlanması və istismara verilməsi 2021-ci ilin birinci yarısına planlaşdırılırdı, lakin koronavirus pandemiyası və materialların tədarükü ilə bağlı problemlər səbəbindən gec tarixə təxirə salınıb.