"Politico" nəşri uyğurlara qarşı törədilən vəhşiliklərdən yazdı - "Çinlə bağlı müzakirələrimizdə bu məsələ başda durmalıdır"

22 iyun, 2022 15:02

ABŞ-ın “Politico” qəzeti Avropanı Çində uyğurların hüquqlarının pozulmasında iştirak etməməyə, əksinə – uyğurlara qarşı törədilən vəhşiliklərə sərt müqavimət göstərməyə çağırır.

Qəzetin “Uyğurlar: Avropanın iştirakı və Çinlə münasibətlərdə mürəkkəb vəziyyət” başlığı altında dərc etdiyi məqalədə deyilir ki, Çinin Sincan Uyğur Muxtar Rayonunda repressiyaya məruz qalan uyğurlarla bağlı bu yaxınlarda üzə çıxan minlərlə sənəd və fotoşəkil dəhşətli həqiqətlərdən xəbər verir: “Həmin sənədlər və fotoşəkillər Çində insan haqlarının pozulmasında Avropanın da iştirak etdiyinə dair müzakirələrə yol açır.

Avropa İttifaqı artıq Rusiyanın Ukraynada apardığı müharibədən bəzi ağrılı nəticələr çıxarıb. İndi avtoritar ekspansionizm orbitindəki daha dərin problemə – Çinə də eyni münasibəti sərgiləmək, eyni nəticələri Çinə də tətbiq etmək lazımdır.

Avropa İttifaqı daxilində iqtisadi motivlər Rusiya və Çinə yanaşmada tərəddüdlər də ortaya qoyub və bu, ittifaqın strateji mövqeyinə ciddi zərbə vurub. Ən başlıcası, bu bizim dəyərləri qorumaq missiyamıza xələl gətirir.

Avropa İttifaqının Rusiya ilə bağlı gələcək müzakirələrində, sözsüz ki, ilk yeri rus qoşunlarının Ukraynanın Buça və Mariupol şəhərlərində törətdiyi dəhşətlər tutacaq. Amma unutmamalıyıq ki, Çində də insan haqları eyni amansızlıqla pozulur. Uyğurların acınacaqlı halı bizim Çinlə münasibətlərimizə də təsir etməli, Pekinin iqtisadi asılılığından xilas olmaq istiqamətində müzakirələrə başlamağımıza rəvac verməlidir”.

Məqalədə vurğulanır ki, Avropa İttifaqı ölkələrinin Çinlə sıx iqtisadi əlaqələri Avropanı insan haqları pozuntularına şərik edir. Buna misal olaraq Çindəki kommunist rejiminin uyğurları pambıq tarlalarında qul kimi işlətməsi, sonra da həmin pambığı rahatca bütün dünyaya, o cümlədən demokratik ölkələrə satması göstərilir. Qeyd edilir ki, hazırda dünyada hər beş pambıq məhsulunun birində məcburi əmək yolu ilə istehsal olunan, “Sincan pambığı” adlanan pambığın nişanəsinə rast gəlmək mümkündür. “Uyğurlar: Avropanın iştirakı və Çinlə münasibətlərdə mürəkkəb vəziyyət” məqaləsində bu, dünyanın, o cümlədən Avropanın Çində insan haqlarının pozulmasına göz yummasının nəticəsi, faktiki uyğurlara verilən zülümlərə şərik çıxılması kimi qiymətləndirilir.

Məqalədə belə bir çağırış edilir ki, ukraynalıların müsibətinə necə yanaşılırsa, uyğurların müsibətinə də elə yanaşılmalıdır, çünki bunların hər ikisi eyni dərəcədə vəhşilik, xüsusi amansızlıqdır: “Mariupolun xarabalıqları kimi, Sincandakı əsir düşərgələri də bizim avtoritar rejimə insan əzabları üzərində əylənməyə imkan yaratdığımızdan soraq verir.

Avtoritarizmin demokratiya ilə savaşı təkcə Rusiyanın Ukraynaya hücumunda yox, Çinin uyğurlara hücumunda da özünü göstərir, ona görə bizim tək Rusiya siyasətimiz deyil, Çinlə bağlı siyasətimiz də dəyişməlidir.

Hər birimiz öz ölkəmiz daxilində bu istiqamətdə mübarizə aparmalıyıq. Biz dəyərləri necə qoruduğumuz, iqtisadi itkilər bahasına da dəyərləri müdafiə etməyə hazır olub-olmadığımız barədə özümüzü sorğu-suala tutmalıyıq. Biz kim olmaq istəyirik – mahiyyətcə buna cavab tapmalıyıq, məsələ məhz bu qədər ciddidir.

Xeyli sayda avropalının hələ də Sincan pambığından hazırlanmış pal-paltar geyinməsi isə göstərir ki, biz Çini dəyişməmişik, əksinə, Çin bizi dəyişir. Bizim Çinlə bağlı müzakirələrimizdə bu məsələ başda durmalıdır”.

2022-ci ilin may ayında Çinin Sincan Uyğur Muxtar Rayonunda repressiyaya məruz qalan uyğurlarla bağlı minlərlə sənəd və fotoşəkil yayılıb. Sənədlər və şəkillər 1990-cı illərdən ABŞ-da fəaliyyət göstərən Kommunizm Qurbanlarının Xatirəsi Fondunun internet səhifəsində yerləşdirilib. Fond materialları haker qruplarından əldə etdiyini bildirib. Hakerlər sənədləri və şəkilləri Çinin hökumət qurumlarının, hüquq mühafizə orqanlarının məlumat bazasına daxil olaraq ələ keçiriblər. Sonra isə materialları Kommunizm Qurbanlarının Xatirəsi Fonduna ötürüblər.

Fond materialları ictimai nümayişə çıxarmasını Çində uyğurlara qarşı repressiyaları ifşa etmək niyyəti ilə əsaslandırıb. Materaillara həbs olunan 2884 nəfər uyğurun fotoşəkli, 300 mindən çox adama açılmış şəxsi iş, tutulanlar haqda 23 mindən artıq qeyd və həbs düşərgələrində nəzarətçilərə verilən 10-dan çox təlimat daxildir.

Sənədlər toplusundan bəlli olur ki, Çinin kommunist rejimi 2 miyondan çox uyğuru “ekstremist” hesab edir və onların “peşə təlimi mərkəzləri”ndə (Çin hökuməti uyğurların saxlandığı həbs düşərgələrini belə adlandırır) “tərbiyə olunmasını” zəruri sayır.

Kommunizm Qurbanlarının Xatirəsi Fondunun rəyinə əsasən, hazırda ən azı 1 milyon nəfər, təxminən 2 milyon nəfərə yaxın uyğur Sincan bölgəsində həbs düşərgələrində saxlanır.

Fondun açıqlamasına görə, 2884 məhbusun şəkli 2018-ci ilin birinci yarısında Sincan Uyğur Muxtar Rayonunun cənubundakı polis bölmələrində, saxlama mərkəzlərində çəkilib. Onların arasında yüzlərlə foto var ki, Çin polisinin uyğurlara fiziki işgəncələr verdiyi anda lentə alınıb, ona görə işgəncə hallarını birbaşa sübuta yetirir.

Uyğurlar əsasən Çinin şimal-qərbində yerləşən Sincan Uyğur Muxtar Rayonunda yaşayırlar. Uyğur Muxtar Rayonu guya etnik özünüidarəetmə rayonudur, əslində isə bu, tamamilə formal muxtariyyətdir. Rayonu idarə edən Kommunist Partiyası nümayəndələrinin, yəni yerli məmurların böyük əksəriyyəti, demək olar hamısı çinlidir.

Beynəlxalq qurumların hesabatlarına əsasən, Çində milyonlarla uyğur məcburi əməyə, işgəncəyə və cinsi zorakılığa məruz qalır, hökumət uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə də maneələr törədir. Dünyanın bir sıra demokratik dövlətləri, o cümlədən ABŞ uyğurlara qarşı hərəkətləri soyqırımına cəhd kimi qiymətləndirir.

2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını zəbt edərək özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq hər iki ərazidə separatçı rejimlər qurub.

2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk vilayətlərində qurulmuş rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır. Ukraynanın hərbi və mülki obyektlərinə, o cümlədən yaşayış evlərinə, xəstəxanalara, qadınların, uşaqların sığındığı binalara zərbələr endirilir, təxliyə olunmaq istəyən dinc sakinlər atəşə tutulur, şəhərlər bombalanır.

Mart ayında rus qoşunları Ukrayna xalqının və ordusunun müqaviməti qarşısında bəzi məntəqələrdən, o cümlədən paytaxt Kiyev ətrafından geri çəkiləndən sonra azad edilmiş yaşayış yerlərində, xüsusilə Buça, İrpen şəhərlərində dinc ukraynalıların kütləvi surətdə qətlə yetirildiyi bəlli olub, kütləvi məzarlıqlar aşkar edilib.

Rus qoşunları daha kütləvi qətlləri Mariupol şəhərində həyata keçirib. Müharibənin başlandığı gündən aviasiya və artilleriya atəşinə tutulan, may ayının ikinci ongünlüyündə 81 günlük mühasirədən sonra təslim olan Mariupolda 20 indən çox ukraynalının qətlə yetirildiyi deyilir.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"