Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb

26 iyun, 2022 20:25

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri Qulamhüseyn Şafeyi ilə görüşüb. Səfir İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa dəvət edib.

Bu barədə Azərbaycanın İrandakı Səfirliyindən bildirilib.

Əli Əlizadə iki ölkə arasında nəqliyyat, tranzit, energetika, kənd təsərrüfatı və digər sahələrdə mövcud olan faydalı əməkdaşlığı vurğulayaraq Azərbaycanın İranla iqtisadi-ticari əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. COVID-19 pandemiyası dövründə Azərbaycan sərhədlərin İranla tranzit və ikitərəfli ticarət üçün bağlanmadığını və yükdaşımaların davam etdiyini bildirən Əli Əlizadə, 2021-ci il ərzində Azərbaycan ilə İran arasındakı ticarət dövriyyəsinin həcminin 30 faiz, cari ilin ötən dövrü ərzində isə 20 faiz civarında artdığını qeyd edib, bu işdə iş adamlarının və özəl şirkətlərin fəaliyyətinin önəmli olduğunu diqqətə çatdırıb.

Azərbaycan və İran prezidentlərinin Aşqabad görüşünün iki qonşu dövlət arasındakı münasibətlərdə yeni səhifə açdığını, qonşu ölkənin yeni höküməti ilə əməkdaşlıq çərçivəsində qısa zamanda hazırlanaraq imzalanmış qaz mübadiləsi sazişinin, Astaraçay üzərində təməli qoyulmuş yeni körpünün və digər bu kimi layihələrin bunun əyani təzahürü olduğunu nəzərə çatdırıb.

Səfir 44 gün davam edən Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 30 ilə yaxın erməni işğalı altında qalan Qarabağı azad etməsi nəticəsində, respublikamızın İran ilə 132 kilometrlik sərhəd hissəsinin də azad olunduğunu və əməkdaşlıq əlaqələrinin artırılması üçün yeni imkanlar yarandığını vurğulayıb. Hazırda Qarabağda və Şərqi Zəngəzurda aparılan geniş quruculuq və abadlıq işləri haqqında məlumat verən Əli Əlizadə İran şirkətlərini də həmin ərazilərə sərmayə yatırmağa dəvət edib.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində inşa ediləcək Rəşt-Astara dəmir yolunun tranzit və nəqliyyat əlaqələrinin artmasına verəcyi tövhəni vurğulayan səfir, hazırda Azərbaycan Hökümətinin sərmayəsi ilə Astarada dəmiryolu yük terminalının tikintisinin davam etdiyini bildirib. Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və kommunikasiya bağlantılarının yaradılması haqqında iki dövlət arasında imzalanan sazişin də nəqliyyat və tranzit imkanlarının artmasında böyük rol oynayacağını vurğulayıb.

Qulamhüseyn Şafeyi qeyd edib ki, İran ilə Azərbaycan xalqları ortaq tarixi köklərə, mədəniyyətə və adət-ənənəyə malikdirlər. Bu yaxınlıq əməkdaşlıq əlaqələrinin daha ya artırılmasını şərtləndirir. Hər iki dövlətin prezidentinin siyasi xətti daha yaxın iqtisadi əlaqələr qurmaqdan ibarətdir və rəhbərlik etdiyi Palatanın hər zaman ikitərəfli ticari əməkdaşlığın genişlənməsi üçün səyləri artırmağa, iş adamlarının görüşlərinin təşkilinə və qarşılıqlı sərmayələrin həyata keçirilməsinə hazırdır.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və müştərək layihələr ətrafında da fikir mübadiləsi aparılıb.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI