İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"

27 iyun, 2022 10:04

"Biz öz milli təhlükəsizliyimizə və maraqlarımıza toxunan məsələlərdə ABŞ və başqalarının icazəsi olmadan planlarımızı həyata keçiririk".

Bunu "Habertürk"ə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

"Qarabağ müharibəsində Azərbaycanın yanında olduğumuzda amerikalılar çox yaxşı iş görürsünüz dedilər bizə? Tam tərsinə, qarşı-qarşıya gəldik.

Yeri gəldi, İsraillə toqquşduq. Ən böyük təzyiqi oradan görmədikmi? Onda da deyirdilər ki, iş bitib, belə edəcəklər və s. NATO üzvü kimi S-400-ləri almışıq. Bu bizim birinci seçimimiz deyildi, Türkiyə məcbur oldu. Bizim üstünlük verdiyimiz şey NATO alyansı çərçivəsində təhlükəsizlik ehtiyaclarımızı ödəmək idi. Xarici siyasətdə heç bir tərəddüd içində deyilik", - Kalın qeyd edib.