Səfirimiz İran XİN-ə getdi

27 iyun, 2022 18:09

Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə İran Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik və sülh üzrə baş idarəsinin rəisi Əşraq Cəhromi ilə görüşüb.

Azsiyaset.com xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyi məlumat yayıb.

Qeyd edək ki, görüş İran Xarici İşlər Nazirliyində baş tutub. Danışıqların detalları hələlik açıqlanmayıb.