Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına niyə razılıq verdi?

29 iyun, 2022 01:06

"Türkiyə NATO-nun açıq qapı siyasətinə dəstəyini təsdiq edir və Finlandiya və İsveçin Madrid Zirvə toplantısında NATO-nun üzvü olmağa dəvətini dəstəklədiyini bildirir”.

Bu haqda üçtərəfli bəyanatın onuncu abzasında qeyd olunub.

Qeyd edək ki, Türkiyə, İsveç, Finlandiya və NATO çərşənbə axşamı Madriddə bu ölkələrin alyansa üzvlük prosesi ilə bağlı danışıqlar aparıb.