"Putinin gücü də var, resursu da..." - Almaniya kansleri

01 iyul, 2022 11:52

Rusiya Prezidenti Vladimir Putin hələ uzun müddət Ukraynada genişmiqyaslı müharibə apara biləcək. O, bu hücuma azı 1 il hazırlaşıb.

Bunu Almaniya kansleri Olaf Şolts deyib.

“Heç kim bilmir Rusiyanın silahı nə vaxt bitəcək və Ukraynada müharibə nə qədər uzanacaq? Rus işğalçılarının gücü və vasitələri var, çünki Putin çox sayda insanın yaşadığı ölkənin lideridir”, - Şolts bildirib.