Azərbaycan Türkiyə-Ermənistan sərhədinin açılmasına razılıq verib

04 iyul, 2022 09:26

İyulun 1-də Vyanada Türkiyə və Ermənistanın xüsusi nümayəndələri – Serdar Kılıç ilə Ruben Rubinyan arasında növbəti görüş baş tutub. Xüsusi nümayəndələrin görüşü zamanı Türkiyə və Ermənistan arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılmasına razılıq verilib.

“Tərəflər müvafiq olaraq Türkiyə və Ermənistana səfər edən üçüncü ölkə vətəndaşlarının Türkiyə-Ermənistan quru sərhədindən mümkün qədər tez keçməsini təmin etmək barədə razılaşıblar və bu istiqamətdə lazımi proseslərə başlamaq qərarına gəliblər”, - deyə Ermənistan tərəfi məlumat yayıb.

Tərəflər, həmçinin Türkiyə-Ermənistan hava yük daşımalarının ən qısa zamanda qurulması barədə razılığa gəliblər. Bu istiqamətdə də lazımi addımlar atılacaq.

Bundan əlavə, görüşdə əsas məqsədə - münasibətlərin yekun tənzimlənməsinə nail olmaq üçün digər mümkün tədbirlər də müzakirə edilib. Nümayəndələr prosesin ilkin şərt olmadan davam etdirilməsi barədə razılığa gəliblər.

Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı Cihad Yaycı Vyana görüşünün nəticələri barədə Modern.az-a danışıb. Onun sözlərinə görə, bu yolla Türkiyə Ermənistanı özündən asılı vəziyyətə salacaq.

Cihad Yaycı bildirib ki, Türkiyə Azərbaycanın razılığı olmayan heç bir addım atmır: "Türkiyə və Ermənistan arasında quru sərhədlərinin açılmasına Azərbaycan razılıq verib. Azərbaycan razılıq verməzsə, sərhədlərin açılması mümkün deyil. Ermənistana verilən mesaj budur ki, əgər Azərbaycanla əlaqələrini düzəltsələr, Bakının şərtlərini qəbul etsələr, Türkiyədə münasibətlərin bərpasına müsbət yanaşacaq".

Kontr-admiral hesab edir ki, əslində quru sərhədlərinin açılması ilə Ermənistan Türkiyədən asılı vəziyyətə düşəcək: "Bu da bizim əlimizdə fürsət olaraq qalacaq. Əgər Ermənistan Azərbaycanın şərtlərini yerinə yetirməsə, o zaman quru sərhədlərinin bağlanması onlar üçün daha böyük problem yaradacaq. Digər tərəfdən quru sərhədlərinin açılması Türk dünyasının ticarət əlaqələrinin genişlənməsinə səbəb olacaq. Bununla bölgədə sülh yaradıla bilər".

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI