Səfər Mehdiyev DTX-nı necə şantaj edir?

04 iyul, 2022 16:23

Azsiyaset.com, Ağa Salayev

Dövlət Gömrük Komitəsində keçirilən sonuncu kollegiya iclasında Səfər Mehdiyevin verdiyi açıqlamaları mövcud situasiyada kifayət qədər ciddi hadisə adlandırmaq da olar. Bəribaşdan qeyd edək ki, Gömrük Komitəsində keçirilən kollegiya iclasında S.Mehdiyevin səsləndirdiyi fikirlər gununsesi.info saytında dərc edilib və daha sonra müxtəlif KİV-lərdə yer alıb.

Kollegiya iclası olduqca gərgin keçib, yüksək vəzifəli gömrü sistemi əməkdaşlarının mobil telefonları əllərindən alındıqdan sonra onlar iclasa buraxılıblar.

Dövlət Təhlükəsizliyi Komitəsinin (DTX) gömrük sistemində həyata keçirdiyi əməliyyatlardan dərhal sonra kollegiya iclası təşkil edən S.Mehdiyev nələr danışıb?

“Mənə qarşı bəzi qüvvələr səfərbər olunub. Amma ruhdan düşməyin, işinizə davam edin. Hər şey aydınlaşacaq. Ehtiram da (Hazırda həbsdə Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilovu nəzərdə tutur -red) azadlığa çıxacaq. Digər həbs olunanlar da orada qalmayacaq”.

Bu fikirlər Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə məxsusdur.

20.06.2022-ci il tarixində DTX Gömrük Komitəsinin Abşeron və İpək Yolu terminallarında həyata keçirir və bir neçə şəxs, eləcə də "Azərterminalkompleks" birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov saxlanılır.

DTX əməliyyat keçirərək qanunsuz əməllər törədən vəzifəli şəxsləri həbs edir, bunun ardınca kollegiya iclası keçirən S.Mehdiyev ona qarşı “bəzi qüvvələrin səfər olunduğunu” bildirir. Heç şübhəsiz ki, S.Mehdiyev DTX-nı nəzərdə tutur. Daha doğrusu, şantaj edir. Necə?

Komitə sədri “həbs olunanlar orada qalmayacaq” deməklə, xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyatın heç bir əhəmiyyətə malik olmadığını isbatlamağa çalışır. Yəni, S.Mehdiyev “DTX həbs etsə də, amma həbsdə saxlaya bilməyəcək” deməklə, savaş elan etmiş olur.

E.Xəlilov rüşvət almaqda və vəzifəli səlahiyyətlərini aşmaqda ittiham edilir. S.Mehdiyevin təhdidlərindən belə çıxır ki, rüşvət alan, vəzifə səlahiyyətlərini aşan şəxslər həbs edilməməlidir. Əslində S.Mehdiyev haqlıdır, o mənada ki, gömrük sistemində baş verən hər bir neqativə görə birbaşa sədr həbs edilməli idi. Özünü “sığortalı” hesab edən S.Mehdiyevin xüsusi əminliklə “Ehtiram da azadlığa çıxacaq” deməsi onun həbs edilən rüşvətxor məmurların azadlığını ilə bağlı bütün səylərini səfərbər etdiyini göstərir.

Dövlətin iradəsini, qanunların aliliyini S.Mehdiyevin iştahına qurban vermək olmaz. Ona görə  də S.Mehdiyevin həbs edilən məmurların azadlığı ilə bağlı atdığı addımlar beşiyindəcə boğulmalıdır. Əks halda “ruhdan düşən” S.Mehdiyev yox, dövlətin güc strukturları olacaq. Təsadüfi deyil ki, mütəxəssislər təhlükəsizlik orqanlarını dövlətin oğnurğa sütunu adlandırırlar. "Baş gömrükçü"nün "gücü" ilə rüşvətxor məmurlar həbsdən azad edilsə, udan S.Mehdiyev, uduzan isə dövlət olacaq. 

Azsiyaset.com

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"