“Novaya qazeta” düşmən hərbçilərinin sensasion etiraflarını yaydı - "Təkcə Cəbrayılda minlərlə itki verdik"

07 oktyabr, 2020 17:10

Rusiyanın “Novaya qazeta” nəşri Qarabağdan olduqca sensasion və düşmənin günlərdir cəbhədə baş verənlərə dair apardığı təbliğatı tamamilə darmadağın edən reportaj yayıb. Qəzetin münaqişə bölgəsinə ezam edilmiş müxbiri İlya Azar reportaja Şuşadan,  oktyabrın 4-də Azərbaycan ordusunun dəqiq raket zərbəsi ilə məhv etdiyi binadan-Şuşa mədəniyyət mərkəzindən başlayır. Və orada yaşayan ermənilərə istinadən yazır ki, raket zərbəsi zamanı binada yüzlərlə erməni hərbçisi və zabiti, o cümlədən yüksək rütbəli zabitləri olub. Onlar hansısa müşavirə üçün binaya toplaşmışdılar.

İlya Azar və onu müşaiyət edən fotoreportyor binaya yaxınlaşanda onları polislər saxlayıb. Bildiriblər ki, binanı çəkmək olmaz və daha sonra jurnalistləri məsələni ayrıd etmək üçün polis bölməsinə aparıblar. Orada jurnalistləri xeyli çək-çevirə saldıqdan sonra nəhayət binanı çəkməyə icazə verirlər. Amma tapşırırlar ki, binanı ancaq çöldən çəkməyə icazə verilir, içəridə hələ xilasedicilər işləyir və ora daxil olmaq təhlükəli ola bilər.

“Sürücümüz Sinod danışır ki, binanı bombalayanda içəridə 600 polis və hərbçi olub. Onlar, Sinodun sözlərinə görə, xüsusi olaraq mülki obyektdə müşavirəyə toplaşmışdılar ki, atəş altına düşməsinlər. “lakin satqın tapılıb və onları satıb. Və belələri bizdə bir deyil, iki deyil”,-Sinod qəzəblə deyir.

Mədəniyyət mərkəzinin yaxınlığında parlaq-sarı jiletli gənclər toplaşıb. Onlar Qarabağ fövqəladə hallar nazirliyinin xilasediciləridir və binanın dağıntılarını təmizləməklə məşğuldur. Onlardan biri, Arut həvəssiz danışır, asfaltın üstündəki raket qalıqlarını göstərib deyir ki, həmin raket binanın vurulmasının ertəsi gün, xilasedicilər binada işləyəndə düşüb. O, təsdiq edir ki, oktyabrın 4-də mədəniyyət mərkəzində həqiqətən hərbçilərin müşavirəsi keçirilirdi və orada 300-ə yaxın adam vardı. Xilasedicilər artıq onlardan 19-nun cəsədini dağıntılar altından çıxarıb”,-müəllif yazır.

İlya Azar qeyd edir ki, Qarabağda hansı erməni ilə danışsan onlar Azərbaycan ordusunu mülki obyektləri hədəf almaqda ittiham edəcəklər. Amma özləri Gəncənin vurulmasından danışmaq istəmir.

Jurnalist daha sonra Şuşadan Xankəndinə yola düşür, qeyd edir ki, 10 kilometrlik bu yol başdan başa sərt enişdən ibarətdir. Və o, yolda döngələrdən birində çoxlu avtomobillərin, o cümlədən erməniləri Şuşadan Yerevana daşıyan avtobusun qaldığını, hərəkətin dayandığını görür. Məlum olur ki, cip yoldan çıxaraq uçuruma yuvarlanıb və toplaşanlar maşında qalanları çıxarmağa çalışırlar.

“Novaya qazeta”nın müxbirinin Şuşadan Xankəndinə gedən yolda gördüklərini və eşitdiklərini olduğu kimi təqdim edirik:

-Döyüşmək üçün cəbhəyə gələn erməni könüllüləri trosla cipi uçurumdan çıxarmaq üçün əlləşir, deyəsən maşında kimsə qalıb. Dostları maşını dartmaqla məşğul olduqları bir vaxtda könüllü Artur Ohanesyan cənub cəbhəsində baş verənləri mənə danışır. O, oradan təzə qayıdıb ki, ölən dostlarını doğma Gümrüdə dəfn eləsin. Amma o da mümkündür ki, özü də ölmək istəmədiyi üçün qayıdıb.

“Onlar (Ermənistan hakimiyyəti) insanları aldadır! Onlar 18 yaşlı əsgərləri təkcə avtomatla cəbhəyə göndəriblər. Deyirlər ki, “bağışlayın, patron yoxdur, bağışlayın, tanklar yoxdur”. Zirehli jiletlər tamam yararsızdır. Orada heç nə yoxdur. “Kormuşka” (yemək daşıyan maşın) gəlir, amma yol boyu hər şeyi boşaldır, və əgər yemək yemək istəyirsənsə deməli “Qrad” atəşləri altında 4 kilometr yol getməlisən. Biz səkkiz dost dörd gün ərzində gecələr dolaşıb qalanlara yeməyə nəsə tapmağa çalışırdıq”,-Artur danışır. O, çox gərgin və qəzəblidir. Ayağında çəkələk, başında qara papaq var, gödəkçəsinin ilgəyindən qumbara sallanır.

Bu vaxt yaşlı qadın Arturun yanına qaçır, o uçuruma yuvarlanan maşından çıxıb. İsrarla yalvarır ki, maşını çıxarmaqda ona kömək etsin. Lakin artur çəkləklərini göstərib deyir: “Görürsünüz, mən çəkələkdəyəm, gedin”.

- Bəs siz cəbhəyə necə düşdünüz?,-mən dəqiqləşdirirəm.

- Sadəcə olaraq gəldim, heç bir sənəd vermədilər, avtomatı götürdüm və irəli. Mənim iki qardaşım orada idilər, mən də onların dalınca getdim və qaldım. Özüm Gümrüdənəm, amma Fransa vətəndaşıyam, iki həftə qabaq oradan gəlmişəm. Bu insanla müharibə deyil, bu təyyarələrə, “Qrad”lara qarşı müharibədir.

- Axı deyəsən Azərbaycan piyada qoşunları da periodik olaraq hücuma keçir?

- Sən artıq 4-5 müdafiə xəttini vermisən, onlar isə 2 xətt irəli hərəkət edirlər.

Artur deyir ki, cənub istiqamətində onlar çoxsaylı itkilər veriblər. Və Cəbrayıl şəhərinin necə itirildiyini danışır, söhbətinə davam edir: “Dünən biz Hadrutda idik, zabitlər gəldilər və danışdılar ki, komandiri həbs ediblər, mühakimə edəcəklər. O, gecə bütün əsgərləri yığıb və Cəbrayıldan çıxmağı əmr edib. O da yuxarıdan gələn əmrə tabe olub. Həmin zabit özü dedi: “O “patsanlar”, on gün əvvəl orduya çağırılıblar, amma əllərinə avtomat veriblər ki, döyüş. Siz nə edirsiniz? Bu uşaq hara gedəcək? Yaxşı, mən xidmət keçmişəm, üstəlik heç bu xidmət də indi kömək eləmir. Avtomatla aviasiyaya və artilleriyaya qarşı döyüşürük. Mən orada canlı meyit kimiyəm”,-Artur danışır.

O, açıq-aşkar “dqr” hərbi komandanlığından və Ermənistan hakimiyyətindən narazıdır. Bu vaxt bizə tərəf digər könüllü, Arturun dostu yaxınlaşır və onun danışdıqlarını təsdiqləyir: “Orada hər şey çox pisdir. Biz Cəbrayıl ətrafındakı ön xətdən gəlirik”.

- Sizin hakimiyyət deyir ki, itkilərin sayı 200 nəfərə yaxındır. Bu, həqiqətə oxşayır? ,-mən soruşuram.

- 200 adam təkcə mənim gözlərim önündə öldü, bizim dayandığımız xətdə! Orada ölənlər isə minlərlədir!,-Artur əminliklə deyir.

- Bizim başda duranlarımız **** (söyüş söyür), Ermənistanda deyirlər: “Cəbrayıla, irəli”, amma ora artıq yoxdur,-kamuflyaj gödəkçədə və adi cins şalvarda olan digər könüllü əlavə edir.

- Bəs nə düşünürsünüz, bundan sonra nə olacaq?

- Mən bu müharibəyə baxdım və başa düşdüm ki, əgər belə döyüşsək bütün torpaqları əldən verəcəklər. Azərbaycanlılar Laçını götürmək istəyir, amma onlar o qədər cəsarətləniblər ki, hətta Ermənistana da keçə bilərlər,-Artur cavab verir və Gümrüyə getmək üçün yoluna davam edir...

virtualaz.org

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI