"Ermənilərlə müharibə şəraitindəyik" - Yenidən hərbi əməliyyatlar başlayacaq?

05 iyul, 2022 00:42

Ermənistanın baş naziri Nikol Paşinyan bu həftə keçirdiyi onlayn mətbuat konfransında növbəti dəfə absurd fikirləri ilə gündəmə gəlib. Azərbaycanı müharibəyə hazırlaşmaqda ittiham edən Paşinyan rəsmi Bakının ünvanına başqa böhtanlar da yağdırıb.

Digər tərəfdən məlum olub ki, ermənilər bölgəyə muzdlu döyüşçülər cəlb etməyə hazırlaşırlar. Belə görünür ki, yaxın vaxtlarda Laçın və ətraf kəndləri boşaltmalı olan ermənilər təxribatlara hazırlaşırlar.

Azərbaycan Müdafiə Naziri isə revanşist qüvvələrin təxribatlarının qarşısını almaq üçün orduya tapşırıq verib.

Paşinyanın məkrli müharibə anonsu nəyə hesablanıb? Ümumiyyətlə, növbəti müharibə olmadan Paşinyan sülh sazişinə imza atacaqmı? “Təxribatlara hazır olun” tapşırığı nədən xəbər verir?

Məsələ ilə bağlı polkovnik, hərbi ekspert Şair Ramaldanov açıqlama verib.

Ekspert, tapşırıqların Azərbaycan Ordusunun döyüş hazırlığının yüksəldilməsilə əlaqəli olduğunu diqqətə çatdırıb:

“Ordumuzun ayıq-sayıqlığı həmişə yüksək səviyyədədir. İstər Ermənistanla dövlət sərhədində, istərsə də sülhməramlı qüvvələrin müvəqqəti yerləşdiyi ərazinin ətrafında əməliyyat şəraiti ordumuzun nəzarəti altındadır. Müdafiə naziri Zakir Həsənov mütəmadi olaraq tapşırıqlarını verir, müşavirələr keçirir. Müşavirələr birinci növbədə verilən tapşırıqların yerinə yetirilməsinə nəzarətlə bağlıdır. Bütün bu tapşırıqlar Azərbaycan Ordusunun döyüş hazırlığının yüksəldilməsilə əlaqəlidir. Son zamanlar delimitasiya və demarkasiya məsələsilə bağlı praktiki şəkildə görüşlər keçirilir”.

Ş.Ramaldanov Ermənistan rəsmilərinin təxribat xarakterli fikirlərinə də münasibət bildirib:

“İşlər sülh istiqamətində getdiyi halda Ermənistanın müəyyən rəsmi şəxslərindən təxribat xarakterli, yersiz fikirlərin səsləndiyini görürük. Bu fikirlər daxili auditoriyaya səslənsə də, biz bunlara reaksiyasız qala bilmərik. Bu həm də onu göstərir ki, Ermənistanın ipinə odun yığmaq olmaz. Onların ipi çürükdür. Sülhə doğru əlimizi uzatmağımıza baxmayaraq, ermənilər bunu normal qəbul edə bilmirlər. Səbəb də odur ki, Ermənistan dövləti heç vaxt müstəqil olmayıb. Onlar həmişə xaricdən olan müəyyən təsirlərin sifarişini yerinə yetirən kukla dövlət olublar. Belə bir ifadə var: “Gah nala, gah da mıxa vururlar”. Ona görə də Azərbaycanın Müdafiə naziri bu vəziyyətdən irəli gələrək, hər hansı bir təxribata hazır olması ilə bağlı tapşırıqlar verib. Ordunun hazır olmasının altında böyük işlər, müəyyən tapşırıqlar var. Biz hələ də Ermənistanla müharibə şəraitindəyik. Dəfələrlə Ali Baş Komandan dəmir yumruğu haqqında vaxtaşırı öz mesajını verir. Tapşırıqlar da istənilən vəziyyətə hazır olmaqla bağlıdır. İfadə var: “Keçinin buynuzu qaşınanada çobanın çomağına özünü sürtür”. Bizim yumruğumuz da, çomağımız da istənilən vəziyyəti dəf etməyə həmişə hazırdır”(bakupost.az).

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"