ABŞ-da Müstəqillik Günündə baş verən silahlı insidentin detalları - "The Chicago Sun-Times" nəşri

05 iyul, 2022 00:48

ABŞ-ın Çikaqo bölgəsində Müstəqillik Günü şərəfinə keçirilən parad zamanı atışma olub.

Azsiyaset.com xəbər verir ki, bu barədə “The Chicago Sun-Times” nəşri məlumat yayıb.

"Highland Park" adlanan bölgədə baş verən hadisədə 6 nəfər ölüb, 16 nəfər xəstəxanaya yerləşdirilib. Atəş açan şəxsin kimliyi məlum deyil. Yerli WGN telekanalı bildirib ki, atəş açan şəxs evlərdən birinin damında olub.