İki ölkə Finlandiya və İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etdi

06 iyul, 2022 00:40

Kanada Finlandiya və İsveçin NATO-ya qoşulması haqqında qanunu ratifikasiya edib.

Bu barədə Kanadanın Baş naziri Castin Trüdo məlumat yayıb.

"Yaxın dost və təhlükəsizlik tərəfdaşı kimi Kanada onların NATO-ya qoşulmasını qətiyyətlə dəstəkləyir. Onların üzv olması NATO-nu daha da gücləndirəcək. Biz bütün müttəfiqləri analoji addımı atmağa çağırırıq”, - Baş nazir Castin Trüdo bildirib. 

İki ölkənin NATO-ya qoşulmasına Danimarka da yaşıl işıq yandırıb.

"Danimarkanın Finlandiya və İsveçin üzvlüyü ilə bağlı ratifikasiyası başa çatıb. Ümid edirəm ki, bütün müttəfiqlər tərəfindən eyni sürətlə ratifikasiya ediləcək", - Danimarka Xarici İşlər Nazirliyi bildirib.