Britaniya İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqlədi
06 iyul, 2022 18:06
Böyük Britaniya İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edib.
Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Liz Trass tviter səhifəsində yazıb.
Ötən gün İsveç və Finlandiya XİN başçıları NATO-ya üzvlük protokollarını imzalayıblar. Sənədi ilk təsdiq edən dövlət Kanada olub.
Xatırladaq ki, ölkələrin Alyansa üzvlüyü üçün təşkilata daxil olan bütün dövlətlər protokalları ratifikasiya etməlidir.