"Ermənistan Azərbaycan torpaqlarını dərhal tərk etməlidir" Niderland parlamentinin deputatı

07 oktyabr, 2020 21:50

Niderland parlamentində DENK Partiyasını təmsil edən türk əsilli millət vəkili Tunahan Kuzu Ermənistanın Azərbaycan torpaqlarını dərhal tərk etməsini tələb edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkının təşəbbüsü ilə parlamentdə Ermənistanın Azərbaycanın mülki əhalisini raket hücumuna məruz qoyması məsələsini qaldıran Tunahan Kuzu bölgədən əldə etdiyi görüntülərin həqiqətən dəhşətli olduğunu deyib.

O bildirib: “Evlərə bombalar yağdırılır və təəssüf ki, mülki insanlar arasında itkilər var”.

İki ölkə arasında gərginliyi azaltmaq və danışıqlar masası arxasına keçmək üçün müxtəlif çağırışların səsləndirildiyini bildirən deputat deyib: “Hərçənd bu çağırışları 27 ildir eşidirik. 27 ildir ki, sözdə danışıqlar masası arxasında görüşlər gerçəkləşdirilir, amma nədənsə günahsız insanların qanı axmaqda davam edir”.

Niderlandlı siyasətçi diqqətə çatdırıb ki, iki ölkə arasında gərginliyin azalması barədə çağırışların əməldə gerçəkləşdirilməsi Ermənistanın işğalçılıq siyasəti üzündən baş tutmur. Çünki Ermənistan Azərbaycan torpaqlarının işğalından vaz keçmir. Azərbaycan torpaqlarının 20 faizindən çoxu Ermənistanın işğalı altındadır. Ermənistanın baş naziri Nikol Paşinyan hər açıqlamasında “böyük Ermənistan” xəyalından özünü qurtara bilmədiyi üçün münaqişənin həlli ləngiyir.

Ermənistanın Azərbaycan torpaqlarını tərk etməli olduğunu qeyd edən deputat bildirib: “Azərbaycanın işğal altında olan torpaqlarından Ermənistanın dərhal geri çəkilməsi tələbi beynəlxalq hüquq baxımından tamamilə haqlıdır. Buna görə də təkrar edirəm: Hörmətli sədr! Ermənistan Azərbaycan torpaqlarından dərhal geri çəkilməlidir. BMT-nin Azərbaycanın sərhədlərini tanıyan 4 qətnaməsi var. Hətta 2009-cu ildə Avropa Parlamentinin qəbul etdiyi qərarda Ermənistanın işğal olunmuş torpaqlardan dərhal geri çəkilməsi və məcburi köçkünlərin hüquqlarının bərpası tələb edilib”.

Qeyd edək ki, Tunahan Kuzu 1981-ci ildə İstanbulda doğulub. Kiçik yaşlarında ailəsi ilə Niderlanda köçüb və təhsilini orada alıb. 2008-ci ildə Niderlandın İşçi Partiyasından Rotterdam bələdiyyəsinin məclisinə seçilib. 2012-ci ildə həmin partiyanın millət vəkili olaraq Niderland parlamentinin üzvü seçilib. 2015-ci il fevralın 9-da deputat həmkarı Səlcuk Öztürklə birlikdə Niderlandda yaşayan milli azlıqların hüquqlarını qoruyan DENK Partiyasını yaradıb.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"