Zaxarova "qara siyahı"ya salındı

08 iyul, 2022 20:22

Kanada Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarovaya qarşı sanksiya tətbiq edib. 

Bu barədə Kanada hökumətinin saytında məlumat yerləşdirilib. 

Kanadanın Rusiya Federasiyasına qarşı yeni sanksiyalarına ümumilikdə daha 29 fiziki və 15 hüquqi şəxs düşüb.

Qeyd edək ki, Rusiyanın fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlaması nəticəsində bir neçə ölkə Moskvaya qarşı sanksiyalara başlayıb.