RT, "Sputnik" və "Roskomnadzor" sanksiya siyahısına daxil edildi

08 iyul, 2022 21:18

İyulun 8-də Kanada daha doqquz Rusiya vətəndaşını sanksiya siyahısına daxil edib.

Onların arasında Patriarx Kirill və bir neçə rusiyalı jurnalist də olub.

Xüsusilə “Vremya” verilişinin aparıcısı Yekaterina Andreyeva “arzuolunmaz şəxs”ə çevrilib.

Kanadanın “qara siyahı”sına fiziki şəxslərlə yanaşı həmçinin hüquqi şəxslər - RT, “Sputnik”, “Regnum”, “Birinci Kanal”, VGTRK və “Roskomnadzor” da düşüb.