"Müharibənin fırlanan çarxını bizim dəstə işə salıb, düyməni biz basmışıq..."

12 iyul, 2022 00:59

Rusiyalı-ukraynalı prodüser Aleksandr Rodnyanski güman edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsində, Putinlə yanaşı, Federal Təhlükəsizlik Xidməti orqanlarının sabiq əməkdaşı, "Novorossiya" ictimai hərəkatın rəhbəri, hərbi icmalçı İqor Strelkov (Qirkin) günahkardır.

Bu barədə o, özünün "İnstagram" səhifəsində yazıb.

"Biz bu cinayətkar müharibənin günahkarlarını xatırlayanda, adətən, Putinin özünü, onun dostlarını, generallarını və ya təbliğatçılarını göstəririk. Amma bu müharibənin bir konkret günahkarı var. Bu adam özü etiraf edib ki, "müharibəni başlamaq düyməsinə özü basıb". Bu, FTX-nın ehtiyatda olan zabiti İqor Strelkovdur. O, həm də Qirkindir.

Məhz onun silahlı dəstəsi sərhədi keçərək Ukraynanın Slavyansk şəhərini ələ keçirib, bundan sonra döyüş əməliyyatları başlayıb. Məhz Strelkov "DXR" adlı quldur qurumun ilk "müdafiə naziri" olub", - Rodnyanski yazıb.

Prodüser qeyd edib ki, Sfrelkov hələ 2014-cü ildə bəyan edib ki, əgər onun dəstəsi sərhədi keçməsəydi, Donbasdakı hadisələr qonşu dövlətlər arasında tammiqyaslı müharibəyə çevrilməzdi.

"Onlarla qətlə yetirilənlər, yananlar, həbs edilənlər olacaqdı. Bununla da hər şey bitəcəkdi. Amma beləcə indiyədək müharibənin fırlanan çarxını  bizim dəstə işə salıb", - Rodnyanski Qirkinin sözlərindən iqtibas gətirib.

O, qeyd edib ki, Strelkov müntəzəm olaraq döyüş əməliyyarları haqqında yazır və bu, "müharibəyə nifrət edən, onun məqsədlərini bölüşməyən, onu cinayətkar hesab edənlər üçün son dərəcə nikbin mütaliədir".

Rodnyanskinin müşahidələrinə görə, hazırda Stelkovun  tamamilə məğlub əhval-ruhiyyədədir, o, açıq şəkildə Rusiya müdafiə nazirini, onun "başdanxarab generallarını" tənqid edir. Hər şeylə yanaşı, müxalifətçi Rusiya ordusunun saysız-hesabsız səhvlərindən yazır.

"Strelkovun məlumatlarını təbliğata inananların və "hər şey plan üzrə gedir" iddia edənlərin oxuması məsləhətdir. Ola bilsin, müharibəni "qızışdıranın" fikri onlara təsir etsin", - Rodnyanski yazıb.

Prodüser öz materialına Rusiya raketlərinin zərbələrindən sonra Ukraynanın Çasov Yar şəhərinin dağıntılarını əks etdirən fotoşəkillərini əlavə edib.

Bu günə olan məlumata görə, çoxmərtəbəli binanın dağıntıları altından Ukraynanın 26 dinc sakininin cəsədləri çıxarılıb.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"