Rusiya Barents dənizində niyə təlimlərə başlayıb?

13 iyul, 2022 00:13

Rusiya Barents dənizində sualtı qayıqlarla mübarizə ilə bağlı taktiki təlimlərə başlayıb.

Bu barədə Rusiya Şimal Donanmasının mətbuat xidməti məlumat yayıb.

“Şimal Donanmasının “Junqa” və “Brest” kiçik sualtı əleyhinə gəmiləri gəmi axtarışı və zərbə qrupunun tərkibində planlaşdırılmış döyüş hazırlığı fəaliyyətlərini hazırlamaq üçün Barents dənizinə daxil olub. Qrup şərti düşmən sualtı qayığını axtarmaq və məhv etmək üçün sınaq-taktiki təlim keçirməyə başlayıb”, - məlumatda deyilir.

Təlimlər bir neçə mərhələdə keçiriləcək, sualtı qayıqlara qarşı aviasiya və hava hücumundan müdafiə qüvvələri də iştirak edəcək.