Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı

15 iyul, 2022 14:23

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvlərilə görüşəcək.

Bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Təhlükəsizlik Şurasının iclasının bu gün keçiriləcəyini desə də, hansı məsələlərin müzakirə olunacağını açıqlamayıb.