"Rusiya ərazisini vurmayacağımızı vəd etmişik" - Aleksey Reznikov

15 iyul, 2022 19:51

"Bu, həqiqətdir, mən bunu gizlətmirəm. Biz öhdəlik götürmüşük ki, yüksək dəqiqlikli silahlardan Rusiya Federasiyasındakı obyektləri vurmaq üçün istifadə etməyəcəyik”.

Bunu Ukraynanın Müdafiə naziri Aleksey Reznikov BBC-yə müsahibəsində bildirib. 

Reznikov hətta bununla bağlı Qərbə yazılı zəmanət verdiklərini də qeyd edib: “Biz bunu sübut etmişik və hətta mən şəxsən Pentaqon rəhbərinə məktubumda bildirmişəm ki, Amerika silahlarından düşmənin qarşısının alınması və torpaqlarımızın işğaldan azad edilməsi üçün yalnız Ukrayna ərazisində istifadə edəcəyik”. 

Müdafiə nazirinin dediklərindən belə aydın olub ki, Ukrayna Krım ərazisini də Qərbin verdiyi yüksək dəqiqlikli silahlarla vurmayacağına dair öhdəlik götürüb: “Bizim hələ işğal olunmuş ərazilərimizdə məhv edəcəyimiz kifayət qədər strateji hərbi obyektlər var”. 

Reznikov müsahibəsində Rusiyanın canlı qüvvə itkisinə də toxunub və qeyd edib ki, say baxımından bu itkilər Rusiyanın itkilərindən dəfələrlə azdır. Bununla yanaşı, nazir qeyd edib ki, Ukrayna Ordusu ən çox may ayında canlı qüvvə sarıdan itkilər verib: “O vaxt xüsusilə Donbass istiqamətində düşmənin üstünlüyü çox güclü idi. Onlar bir saat ərzində 1000-ə yaxın artilleriya mərmisindən istifadə edirdilər. Bu, misilsiz təzyiq idi və bizim onlara cavab verəcək imkanımız yox idi. Bizim o qədər mərmimiz yox idi. Mayda doğrudan da gün ərzində 100-ə yaxın döyüşçümüz həlak olur, 300-400 nəfər yaralanırdı”.

Nazir bildirib ki, yalnız Ukrayna Ordusuna 155 mm-lik artilleriya qurğuları, eləcə də Fransa və Almaniya istehsallı haubitsalar və ən nəhayət, “HİMARS”-lar çatdırılandan sonra döyüş meydanında vəziyyət dəyişib və itkilər xeyli azalıb: “Biz yalnız onların hərbi anbarlarına və idarəetmə məntəqələrinə çox dəqiq zərbələr endirəndə döyüş mənzərəsi əhəmiyyətli şəkildə dəyişir”.

Nazir onu da əlavə edib ki, hazırda Qərb tərəfdaşlarından sözügedən silahların yeni partiyaları daxil olmaqdadır.

Qeyd edək ki, Reznikovun da dediyi kimi, “HİMARS” tipli uzun mənzilli və yüksək dəqiqlikli silahlar gerçəkdən də döyüş zonasında mənzərəni xeyli dəyişib və Rusiya tərəfinin bununla bağlı təşviş içərisində olduğu açıq sezilir. Ən əsası isə odur ki, Rusiyanın bu silahlara qarşı qoya biləcək texnologiyası, silahı yoxdur. Hətta bir çox ekspertlər hesab edirlər ki, bundan sonra dünyada Rusiyanın “S-300” və “S-400” zenit-raket komplekslərini alan olmayacaq.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"