Britaniyalı könüllü "DXR"in əsirliyində niyə vəfat edib? - London izahat tələb edir...

16 iyul, 2022 00:51

Ukraynada humanitar missiyada iştirak edən və "Donetsk xalq respublikası"nda əsir götürülən britaniyalı könüllü Pol Uri iuylun 10-da vəfat edib.

Bu barədə "DXR ombudsmeni" Darya Morozova məlumat verib.

"İlkin tibbi müayinə zamanı Pol Uridə bir sıra xroniki xəstəliklər, o cümlədən insulin asılılığı olan diabet, tənəffüs sistemi, böyrəklərin zədələnməsi və ürək-damar sisteminin bir sıra xəstəlikləri aşkar edilib. Bundan başqa, o, vətənində onun taleyinə biganəlikdən psixoloji cəhətdən düşkün vəziyyətdə olub", - Morozova məlumat verib.

"DXR" ombudsmeni"nin bəyanatında iddia edilir ki, Uri peşəkar hərbçi olaraq "Əfqanıstanda, İraqda, Liviyada və Ukraynadakı münaqişələrdə iştirak edib, döyüş əməliyyatlarına  rəhbərlik edib, həmçinin Ukraynanın hərbi birləşmələri üçün muzdluların təlimi və cəlb edilməsi ilə məşğul olub".

Urinin anası Linda "Sky News" telekanalına danışıb ki, onun oğlu "müharibəyə düşməyib", ona görə də humanitar sahədə işləmək qərarına gəlib. O, əlavə edib ki, oğlunun övladları var.

BBC-nin məlumatına görə, Britaniyanın Uorrinqton bölgəsindən olan 45 yaşlı Uri aprelin 25-də Zaporojye yaxınlığında yerləşən blokpostdan keçərkən Ukrayna tərəfində döyüşən muzdlu hesab edilərək saxlanılıb. Onunla birlikdə daha bir britaniyalı Dilan Xili də saxlanılıb. Könüllülər müharibənin episentrində, od-alov arasında qalan ailəni təxliyə etmək üçün döyüş əməliyyatı zonasına gedən zaman saxlanılıblar.

İndi vəfat edən britaniyalının valideynləri onun ölümündə Rusiya hökumətini və onu qapalı məkanda bilavasitə saxlayanları ittiham edir. 

Ailənin deməsinə görə, onlara dəqiq məlumdur ki, saxlanılan zaman Polun üstündə insulini olub, çünki o, 1-ci tip şəkərli diabetdən əziyyət çəkib. Üzdəniraq "DXR" hakimiyyəti bunun nə vasitə olduğunu və hansı xəstəlikdə təyin olduğunu bilməmiş deyil. 

Onlar həmçinin Qırmızı Xaçın və digər beynəlxalq təşkilatların nümayəndələri tərəfindən britaniyalıların hansı şəraitdə saxlanıldıqlarını bir neçə dəfə yoxlamağa cəhdlər edilsə də, onları əsirlərin yanına buraxmaqdan imtina ediliyini qeyd edib. Vəfat edənin qohumlarının fikrinə görə, saxlanma şəraiti dəhşətli olub və "DXR"-çilər bunun kimsənin görməsini istəməyib.

Böyük Britaniya britaniyalı humanitar işçinin ölüm xəbərləri ilə bağlı məlumatlarla əlaqədar həm Ukrayna, həm də Rusiya hökumətlərindən təcili izahatlar tələb edir.

"Biz təcili surətdə ukraynalı müttəfiqlərimizlə və Rusiya XİN-lə bu məsələni müzakirə edirik", - bunu Britaniya XİN bəyan edib. 

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass məlumat verib ki, bu ölümdən şok keçirib və buna görə "Rusiya tam məsuliyyət daşımalıdır".

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI