BMT-dən İsrail və Fələstinə xəbərdarlıq - Ya fürsətdən istifadə edin, ya da...

16 iyul, 2022 13:38

Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrail və Fələstinə xəbərdarlıq edib.

Bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq məlumat yayıb.

"Biz dəfələrlə xəbərdarlıq etmişik ki, ikidövlətli həll variantının həyata keçirilməsi istiqamətində irəliləyiş olmasa, fürsət həmişəlik itiriləcək. Ümid edirik ki, dünya liderləri bunu başa düşəcəklər və bu xəbərdarlığa əməl edəcəklər. BMT ikidövlətli həll variantı üçün təzyiqləri davam etdirəcək”, - F.Han bildirib.