Ərdoğan İrana niyə gedir?

17 iyul, 2022 00:47

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 19-da İrana rəsmi səfər edəcək.

NTV-nin verdiyi xəbərə görə, dövlət başçısı Tehranda iranlı həmkarı İbrahim Rəisi ilə görüşəcək.

Səfər zamanı iki ölkə arasındakı münasibətlərlə yanaşı, regional məsələlərin də müzakirə olunacağı gözlənilir.

Həmçinin Rusiya-Ukrayna müharibəsindən sonra enerji böhranı da müzakirə mövzuları arasındadır.