"Cənab prezident maaşınızı açıqlayın!" - "Comhuriye Eslami" nəşri

17 iyul, 2022 12:04

İranda nəşr olunan dövlət qəzeti prezident İbrahim Rəisini sərt tənqid edib.

Azsiyaset.com xəbər verir ki, "Comhuriye Eslami" hökumətin sosial təminat siyasətini "uğursuz" adlandırıb. Nəşrin fikrincə, pensiya ödənişlərində "bərabər"lik ədalət prinsipindən önə keçib.

"Əgər bu “bərabərliyi” ədalətli hesab edirsinizsə, prezidentin, birinci vitse-prezidentin və spikerin maaşlarını açıqlayın.

Yeri gəlmişkən, söhbət ədalətdən gedirsə, ədalət heç vaxt bərabərlik demək deyil. Əksinə, üstünlüklər və prioritetlər nəzərə alınmalıdır. Ədalət odur ki, hər bir fərd haqqına, istedadına və ləyaqətinə görə pay alır", - deyə "Comhuriye Eslami" yazıb.