Latviyada yaşayan ruslar niyə hədələnir? - Onların cəzalandırılması üçün qanun hazırlanır
20 iyul, 2022 16:09
Latviyada Ukrayna ilə bağlı mövqelərinə görə ölkə vətəndaşlığı olan ruslar cəzalandırıla bilər. Artıq Latviya Seymində bu haqda qanun layihəsi hazırlanıb.
Azsiyaset.com xəbər verir ki, bu barədə Latviya Prezidenti Egils Levits deyib.
O bildirib ki, latviyalı bəzi ruslar arasında Rusiyanın Ukraynada apardığı müharibə dəstəklənir.
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyən ruslar Latviya vətəndaşlığından məhrum edilməklə hədələnir.