Makron seçkilərdə nə qədər pul xərcləyib?
21 iyul, 2022 00:51
Bu yaxınlarda yenidən Fransa prezidenti seçilən Emmanuel Makron seçki kampaniyasına 16,7 milyon avro xərcləyib.
Bu barədə hökumət qəzetində dərc olunan hesabatda qeyd olunub.
İkinci yerdə sağçı Respublikaçılar Partiyasının namizədi Valeri Pekresdir. O, seçkiqabağı kampaniyaya 14,3 milyon avro xərcləyib. Üçüncü yerdə seçki kampaniyası 13,7 milyon avroya başa gələn solçu Jan-Lyuk Melenşondur.
Makronun əsas rəqibi, Milli Ralli namizədi Marin Le Pen seçki kampaniyasına 11,5 milyon avro xərcləyib.
Fransada seçkilər 2022-ci ilin aprelində keçirilib.