"Rusiya-Azərbaycan qarşıdurması yaratmaq istəyən qüvvələr var" - Pənah Hüseyn

21 iyul, 2022 14:32

Son 2 gün ərzində Qarabağdan ard-arda narahat doğuran xəbərlər gəlməkdədir. Belə ki, Rusiya sülhməramlı kontingentinin hərbçiləri ötən gün Azərbaycan ərazilərinə qanunsuz silah-sursat keçirməyə cəhd göstərsələr də, Azərbaycan hərbçilərinin ayıq-sayıqlığı nəticəsində bu təxribatın qarşısı alınıb. Lakin buna baxmayaraq, sülhməramlıların təxribatlarının yenə də ardı-arası kəsilmir. Onların Laçının Qaraqaxa kəndində talançılıqla məşğul olmalarını göstərən kadrlarla yanaşı separatçı “müdafiə ordusu”nun Xocalı istiqamətində sülhməramlıların gözü qarşısında səngər qazması ərazidəki hərbi eskalasiya riskini artırır.

Azərbaycan Xalq Partiyasının (AXP) rəhbəri, sabiq Baş nazir Pənah Hüseyn də eyni rəyi bölüşüb.

Son günlər Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə baş verən hadisələrə münasibət bildirən eks Baş nazir deyib ki, bu məsələ çoxdandır müzakirə olunur və bütün təfərrütalar məlumdur:

“Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycanın siyasi rəhbərliyi açıqladı ki, Ermənistan silahlı qüvvələri və o cümlədən qeyri-qanuni silahlı birləşmələr Rusiya sülhməramlıların müvəqqəti məsuliyyət zonasında iyul ayının ortalarına qədər çəkilməliydi. 

Bundan əlavə, 10 noyabr tarixli bəyannaməyə görə də Laçın şəhərindən kənar keçməklə Xankəndini Ermənistanla birləşdirən yeni marşrut təyin olunmalıdır. O da Azərbaycan tərəfindən artıq hazırdır, lakin Ermənistan tərəfi 8 km-lik öz ərazisindən keçəcək yolun tikintisini ləngidir. 

Ona görə də hazırda “sülhməramlılar” və terroçu qruplar tərəfindən aparılan bütün bu işlərin mahiyyəti həmin razılaşmaları pozmaqdır və Azərbaycan tərəfi də bu məsələdə olanı deyir. Azərbaycanın siyasi rəhbərliyi bu məsələdə prinsipial mövqe qoyub və əgər bu məsələ ciddi bir şəkildə pozularsa, yeni bir situasiya yaranar və terroçulara qarşı antiterror əməliyyatının aparılması və Rusiya sülhməramlılarının bu zonada qalıb-qalmaması məsələsi müzakirəyə çıxarılmalıdır. Məsələnin mahiyyəti bundan ibarətdir”.

“O ki qaldı Xocalıda separatçıların slühməramlıların gözü qarşısında səngər qazmasına, bu, həmin o təxribatçı addımlar silsiləsindən biridir. Şübhəsiz ki, bu xarakterli hər hansı bir məsələlərin Azərbaycan tərəfindən qarşısı alınmalıdır. 

Həmçinin, qarşı tərəfdə bu gərginliyi yaradıb münaqişədə Rusiya-Azərbaycan qarşıdurması yaratmaq istəyən qüvvələr də var. Yəqin ki, bu məsələlər də əldə olunan faktlar əsasında götür-qoy edilir. 

Amma istənilən halda, hətta Rusiya ilə gərginlik çıxması halında belə, əldə olan hüquqi sənədlər və müqavilələr baxımından Azərbaycanın silahlı qüvvələrdən istifadə etməklə addımlar atması qanunidir”, - deyə müsahibimiz yekunlaşdırıb.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"