“Bakı danışıqlara qayıda bilər, lakin...” - Birinci Vitse-Prezidentinin köməkçisi

09 oktyabr, 2020 13:03

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin köməkçisi Elçin Əmirbəyov İsveçrənin “La Liberte” qəzetinə müsahibə verib.

Azsiyasət.com xəbər verir ki, “La Liberte” qəzetinin 8 oktyabr buraxılışında dərc edilmiş müsahibədə Elçin Əmirbəyov Ermənistanın baş naziri Nikol Paşinyanı təxribatlarda günahlandıraraq vurğulayıb ki, Azərbaycan ərazisində yerləşən mülki əhali və infrastruktur Ermənistan ərazisindən hər gün hədəfə alınır, bununla da Ermənistan beynəlxalq humanitar hüququ kobud şəklində pozur və müharibə cinayətləri törədir. N.Paşinyanın bu təxribatlarının məqsədi isə Rusiyanı bu münaqişəyə cəlb etməkdir.

Daha sonra qəzetdə E.Əmirbəyova istinadən bildirilir ki, Azərbaycan Türkiyənin hərbi yardımını almır və onun buna ehtiyacı yoxdur. Təxminən son 30 il ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya, Fransa və ABŞ münaqişənin sülh yolu ilə həll edilməsi üçün vasitəçilik fəaliyyətini həyata keçiriblər, lakin əfsuslar olsun ki, bu günədək bu münaqişə həll edilməyib və buna görə də vasitəçi olan həmsədr ölkələr də məsuliyyət daşıyırlar. Belə ki, 1990-cı illərin əvvəllərindən başlayaraq vasitəçi olan həmsədr ölkələrin Ermənistana təzyiq göstərməməsi Ermənistanda cəzasızlıq hissi yaradıb.

Birinci vitse-prezidentin köməkçisinin fikrincə, atəşkəs özü özlüyündə münaqişəni həlli demək deyil, münaqişə köklü şəkildə həll edilmədən atəşkəs çox davam edə bilməz. Azərbaycan israr edir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrə əsasən erməni hərbi qüvvələri ölkəmizin bütün işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Azərbaycan oradakı yerli erməni mülki əhalini öz vətəndaşları hesab edir və onların təhlükəsizliyini təmin etməyə hazırdır.

Daha sonra E.Əmirbəyov bildirib ki, münaqişənin mürəkkəbliyi nəzərə alınaraq deyilən məsələlər iki gün ərzində həll edilə bilməz, bunlar üçün müəyyən vaxt və mərhələli yanaşma tələb edilir və bununla əlaqədar ATƏT-in Minsk qrupunun bir neçə təkliflərini Yerevan rədd edib, hər dəfə  danışıqlarda müəyyən irəliləyiş hiss ediləndə, Ermənistan yeni bir bəhanə ilə substantiv danışıqlardan boyun qaçırır.

E.Əmirbəyovun fikrincə, N.Paşinyanın danışıqları pozmasından sonra onun məsuliyyətli danışıqlar tərəfdaşı olması suallar doğurur və bu amil ciddi maneədir. Bakı danışıqlara qayıda bilər, lakin biz əmin olmalıyıq ki, Ermənistan işğaldan əl çəkib öz qoşunlarını ərazilərimizdən qeyd-şərtsiz qaydada çıxaracaq.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"