Ruslar HIMARS-ı vura bilməyib? - Amerikalı general

21 iyul, 2022 20:35

Rusiya qoşunları Ukraynada hələ bir dənə də olsun HIMARS reaktiv yayılım atəş sistemini məhv edə bilməyib.

Bunu ABŞ-ın qərargah rəisləri Komitəsinin sədri, general Mark Milli deyib.

“Bu günə qədər bu sistemlər ruslar tərəfindən məhv edilməyib və mən hər dəfə belə bir söz deyəndə taxtanı döyəcləyirəm. Ukraynalılar bu sistemlərdən çox səmərəli istifadə edirlər”, - Mark Milli deyib.

Qeyd edək ki, iyulun 17-də Rusiya Müdafiə Nazirliyi Ukraynaya verilən HIMARS-lardan birini məhv etdiklərini açıqlayıb. İyulun 6-da Rusiyanın hərbi idarəsi daha iki HIMARS-ı vurduqlarını açıqlamışdı. Ukrayna tərəfi bu məlumatları təsdiqləmədi.