Rusiya və Ukrayna taxılla bağlı müqavilə imzalayacaq

22 iyul, 2022 05:28

Rusiya, Ukrayna və Türkiyə arasında BMT-nin himayəsi altında taxıl ixracı ilə bağlı müqavilə imzalanacaq.

Bu barədə Türkiyə hökumətinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər müqaviləni imzalamaq üçün İstanbulda bir araya gələcək. Mərasimdə BMT baş katibi Antonio Quterreş də iştirak edəcək.

Qeyd edək ki, Quterreş bu axşam Türkiyəyə səfər edəcək.