Bolqarıstan çimərliyində Rusiya raketi tapıldı - FOTO

23 iyul, 2022 01:43

Bolqarıstan sahillərində Rusiya istehsalı olan “Pantsir-S1” zenit-raket kompleksinə məxsus raketin bir hissəsi tapılıb.

RBK xəbər verir ki, hadisə Pomorie və Aheloy şəhərləri arasındakı çimərlik ərazidə baş verib.

Dəniz suları raketin bir hissəsini hotelin qarşısındakı sahəyə çıxarıb.

Sahildə istirahət edənlər dərhal müvafiq xidmətlərə məlumat veriblər.

Mütəxəssislər qeyd edirlər ki, bu, rakerin atəş açıldıqdan sonra ayrılan və artıq təhlükə yaratmayan bir hissəsidir.