ABŞ-ın baş kəşfiyyatçısından ilginc "SSRİ-2" proqnozu
23 iyul, 2022 11:02
“Rusiya prezidenti Vladimir Putin və İranın ali lideri Əli Xamneyinin fotoşəkillərinə mən nostalji hiss etmirəm. Çünki mənim ağarmış saçlarımın çoxu ruslar və iranlılarla illər ərzində apardığım danışıqlara görədir”.
Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru, az öncə İrəvana qəfil səfər eləmiş Uilyam Börns deyib.
Börns həmçinin Rusiya hakimiyyətinin qonşu ölkələrə təsir dairələrini bərpa etmək istədiyini və “Rusiyanı böyük dövlət kimi yenidən qurmaq” arzusunda olduğunu bildirib. Lakin bunun “Ukrayna üzərində nəzarət olmadan” mümkünsüzlüyünü söyləyib.