Ermənistan "İskəndər" raketlərindən niyə istifadə etmir? - Rus ekspertlərin fikrincə, bu, İranı hiddətləndirə bilər

09 oktyabr, 2020 13:34

Dmitri Litovkin

“Nezavisimaya qazeta”, 07.10.2020

Dağlıq Qarabağ münaqişəsi başlayandan bəri Ermənistanın baş naziri Nikol Paşinyan ilk dəfə olaraq Azərbaycana güzəştə getməyə hazır olduğunu bildirib. Bu sözlər Azərbaycan qoşunlarının qondarma Dağlıq Qarabağ Respublikasının (“DQR”) “sərhədləri yaxınlığında”, şimal-şərq və cənub istiqamətlərində uğurlu hücumu fonunda səslənib.

Rusiya televiziyasına müsahibəsində Paşinyan deyib: “Münaqişələr qarşılıqlı güzəştlər əsasında həll olunmalıdır. Dağlıq Qarabağ buna hazırdır, Ermənistan qarşılıqlı güzəştlərə getməyə hazırdır, buna Azərbaycan da hazır olmalıdır”.

Ermənistanın baş nazirinin narahat olacağı bir şey var. Birhəftəlik aktiv döyüşlər zamanı Bakı İrəvanın nəzarəti altındakı mübahisəli ərazilərin üçdə birindən çoxunu geri alıb. Məsələn, “respublika”nın şimal-şərqindəki mühüm Talış kəndi.

Azərbaycan Müdafiə Nazirliyinin yayımlandığı videoda hərbçilər Talışa bitişik yaşayış məntəqəsinin – Madagizin, habelə Cəbrayıl şəhərinin ələ keçirildiyi barədə də məlumat veriblər. Ancaq Azərbaycan ordusu ən ciddi uğurlarını İranla sərhəddə qazanıb, Cəbrayıl və Füzuli bölgələri istiqamətində irəliləmək üçün özünə strateji meydança yaradıb. Sonuncu bölgələrin ələ keçirilməsi “DQR”-in paytaxtı Stepanakertə və Şuşa şəhərinə yol açır.

Bənzər bir ssenarini “NQ”-yə verdiyi müsahibədə hərbi ekspert, “Arsenal Oteçestva” jurnalının redaktoru Viktor Muraxovski proqnozlaşdırıb. Onun sözlərinə görə, Qarabağda hücumun inkişafı üçün taktiki cəhətdən ən sərfəli sahə – İranla sərhəddə qondarma respublikanın cənubudur: 

“Bu, ağır artilleriya və raket silahlarının bütün imkanlarından aktiv şəkildə istifadə etməyə imkan verən nisbətən düzən ərazidir. Onun istifadəsi sayəsində Azərbaycan taktiki üstünlük qazanıb”.

Hərbi ekspert Pavel İvanov Azərbaycan ordusunun hərəkətlərini 1916-cı ilin may-sentyabr aylarında Avstriya-Macarıstan qoşunlarının müdafiə xəttini yarıb Bukovina və Şərqi Qalisiya bölgələrini işğal edə bilən general Aleksey Brusilovun adını daşıyan “Brusilov sıçrayışı” ilə müqayisə edib: “Bu cür taktikaların prinsipi sadədir. Düşmənin müdafiəsi ətrafı boyunca eyni vaxtda bir neçə güclü zərbə endirilir. Onları bağlamaq üçün qarşı tərəf bütün ehtiyatlarını istifadə etmək məcburiyyətində qalır, buna görə də, cəbhənin bəzi sektorları kritik anda dəstəkdən məhrəm olur”.

Mütəxəssis belə bir kompleks hücum sxemini Bakının təsadüfən seçmədiyini vurğulayır.

Birincisi, Azərbaycan kadr və avadanlıq baxımından üstünlüyə malikdir.

İkincisi, ön xəttin uzunluğu qısadır, yəni qüvvələri ciddi şəkildə uzatmağa ehtiyac yoxdur.

Üçüncüsü, Dağlıq Qarabağın çətin dağ relyefi həm təcavüzkarlara, həm də müdafiəçilərə eyni dərəcədə pis təsir göstərir. “DQR”-in nəqliyyat infrastrukturu dağ yolları boyunca böyük silah və hərbi texnikanın sürətlə köçürülməsinə imkan vermir. Əməliyyat sürprizi əldə edilərsə, “DQR” silahlı qüvvələri vaxtında möhkəmləndirməkdə çətinliklərlə üzləşəcəklər.

Eyni zamanda, “DQR”-in silahlanma və hərbi texnika baxımından adekvat cavabı yoxdur.

“Azərbaycan hərbçiləri xüsusi təyinatlı qüvvələrdən istifadə edir, gecə helikopterinin enişini həyata keçirir, həmçinin, uyğun ehtiyatlara zərbələr endirir və pilotsuz təyyarələr, artilleriya zərbələri, eləcə də uzun mənzilli idarəolunan raket kompleksləri “Spike-ER” və “Spike-NLOS”-dan istifadə edərək müharibə meydanını bloklayır”, – Pavel İvanov əlavə edib.

Ermənistan dəfələrlə cavab olaraq ən ciddi kartından – “İskəndər” əməliyyat-taktiki komplekslərindən istifadə edəcəyinə söz verib. İxracat versiyasında sistem yarım ton ağırlığında yüksək partlayıcı və ya parçalanan döyüş başlığını 280 km məsafəyə qədər çatdırmağa qadirdir. Bu silahın zərbəsi qaçılmazdır, çünki kompleksin raketləri mürəkkəb kvaziballistik trayektoriya ilə uçur.

Bu sistemlərin niyə hələ də tətbiq edilməməsi müəmma olaraq qalır. Ya İrəvan həddindən artıq güc tətbiq etməklə, vəziyyəti çətinləşdirmək istəmir, ya da böyük ehtimalla İranın xətrinə dəyməkdən qorxur. Bunu Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyanın sözləri dolayısı ilə sübut edir: “Azərbaycan qoşunları İran sərhədində toplanaraq hücum hazırlayırlar ki, Dağlıq Qarabağ onları atəşə tutmasın”.

Bu əsnada Rusiyanın münaqişədə iştirakı ilə bağlı rəsmi mövqeyi ilk dəfə səslənib. Rusiya Federasiyasının hərbçilərini qarşıdurma zonasına göndərməyə hazır olub-olmadığına dair sualı cavablandıran Kremlin sözçüsü Dmitri Peskov bunun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində “öhdəliklərdən irəli gəldiyini” vurğulayıb: 

“Hazırkı vəziyyətdə söhbət Ermənistandan gedir. Rusiya prezidenti Vladimir Putin bu iki məsələni açıq şəkildə dəqiqləşdirib və fərqləndirib: KTMT-nin öhdəlikləri Qarabağ üçün keçərli deyil”.

Peskovun sözlərinə görə, Ermənistan ərazisində hərbi əməliyyatların aparıldığı barədə məlumat təsdiqlənmir.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"