Paşinyan İlham Əliyevə təslim oldu!

09 oktyabr, 2020 16:17

Azərbaycan Silahlı Qüvvələri sentyabrın 27-dən bəri Ermənistanın dövlət terroruna qarşı başlatdığı hərbi əməliyyatlara bütün ölkə əhalisi ilə yanaşı geopolitik dəstək də aldı. Azərbaycanın erməni təxribatlarına cavab olaraq başlatdığı antiterror əməliyyatları 13 gündür ki davam edir. Ölkəmiz işğal altında olan torpaqlarını azad etməyə başlamaqla haqlı tərəf olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. 10 gündən çox davam edən döyüşlər 30 ildir dondurulmuş münaqişənin həllində artıq yeni istiqamətlər açıb. Cəbhədə hərbi əməliyyatlar davam edir. Ordumuzun cəbhədə əldə etdiyi nailiyyətlər diplomatik müstəvidə də uğur qazanmağımıza səbəb oldu.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Ermənistanın 90-cı illərdə ərazilərimizi işğal etdikdən sonra keçən 30 ilə yaxın müddət ərzində mütəmadi olaraq atəşkəsi pozması, Azərbaycanın mülki əhalisini artilleriya və raket atəşlərinə tutması davam edib. Ermənistanın bu təcavüzü təkcə sentyabrın 27-dən sonra başlamayıb, təkcə yaxın illəri nümunə gətirsək, 2014-cü ilin avqust ayı, 2016-cı ilin aprel ayı və 2020-ci ilin iyul ayında qarşı tərəfin təxribatı daha böyük vüsət almışdı və düşmən iri çaplı silahlarla hücuma keçərək Azərbaycan dövlətindən yenə torpaq ələ keçirmək niyyətində idi. Lakin bütün döyüşlərdə Azərbaycan Ordusu düşmənə layiqli cavab verib və “Aprel döyüşləri”ndə Lələtəpə yüksəkliyi ələ keçirilib. Bu il isə Ermənistan Tovuz rayonu istiqamətində mülki əhalini və beynəlxalq layihə olan Bakı-Tibilisi-Ceyhan boru kəmərini atəşə tutdu. Azərbaycan Silahlı Qüvvələri bu dəfə düşmənin texnikalarını və canlı qüvvəsini məhv edərək təxribatın qarşısını aldı. 

Bu xatırlatmalar Azərbaycanın 27 sentyabrda başlatdığı əks-hücum əməliyyatının heç də aqressiyadan deyil, qarşı tərəfindən dövlət terrorunun qarşısını almaq məqsədi daşıdığının sübutudur. Məhz sentyabrın 27-si səhər saatlarında Ermənistan ordusunun hücumunun qarşısı alınıb və əks-hücuma başlanılıb.

İlk gündə Ordumuz işğal altında olan torpaqlarımızdan 7 kəndi və Murov dağı yüksəkliyini azad etdi. Bir gün ərzində belə nailiyyət Orduda və arxa cəbhədə ona dəstək olan xalqda böyük ruh yüksəkliyi, əzm yaratdı. Xalq bütün ərazilərin işğaldan azad edilməsi üçün əlindən gələn hər şeyi etməyə, döyüşməyə, şəhid olmağa hazır olduğunu göstərdi. Onminlərlə şəxs könüllü yazıldı, qismən səfərbərlik elan edildikdən sonra isə bu xidmətin rayon şöbələrinin qarşısında döyüşə getmək üçün izdihamlar yarandı.

Daxildən başqa, xaricdə və diplomatik arenada da Azərbaycan möhtəşəm dəstək aldı. İlk növbədə qardaş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsinin bütün gücü ilə Azərbaycanın haqq savaşında yanında olduğunu bəyan etməsi digər ölkələr üçün də siqnal oldu. Rusiya, Pakistan, İsrail, ABŞ, İran və digər ölkələrin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmələri barədə bəyanatları və işğala son qoyulmasına çağırış etmələri Ermənistanı küncə sıxışdırdı. Rusiyanın ilk günlərdən susqun mövqeyi və prezident Putinin daha sonra “döyüşlər Ermənistan ərazisində aparılmır” açıqlaması Nikol Paşinyan üçün bütün çıxışları bağladı. Bütün bu nailiyyətlər illərdir Azərbaycan dövlətinin, Azərbaycanın rəhbəri İlham Əliyevin apardığı diplomatik siyasətin nəticəsində əldə edildi. Prezident İlham Əliyev əzmli və qətiyyətli siyasətçi və dövlət başçısı olduğunu bir daha sübut etdi. Artıq illərdir torpaqları işğaldan azad etməyə güc, texnika və istək baxımından hazır olan Ordu üçün geopolitik uyğun məqam yetişdi. Bir neçə gün ərzində Azərbaycan Ordusunun sürətli irəliləməsi Ermənistana sülh yalvarışlarından başqa çıxış yolu qoymadı. Azərbaycan rəsmilərinin də ilk gündən etibarən bunu “sülhə məcbur etmə əməliyyatı” adlandırması və bu günkü situasiya Prezident İlham Əliyevin CNN Türk-ə müsahibəsində “Hər şey plan üzrə gedir” açıqlamasını bir daha təsdiqləyir.

Artıq Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən ağ bayraq qaldırılır. Azərbaycana qarşı iddia və hikkələrlə danışan Paşinyan artıq kapitulyasiya olmaq astanasındadır. Əməliyyatlar bir neçə gün davam etdikdən sonra Paşinyan sülh danışıqlarına hazır olduğunu bildirdi. Ermənistan rəhbərliyinin danışıqlarda Azərbaycana şərt qoymaq, danışıqlar prosesinin formatını dəyişmək kimi bütün iddiaları darmadağın edildi. Ermənistan Azərbaycanın tələb etdiyi şərtlər əsasında danışıqlar prosesinə getmək üçün bu gün özü yalvarır. Danışıqlar prosesi baza prinsipləri, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında yenidən davam edəcək. Danışıqlar prosesində Prezident İlham Əliyevin tələb etdiyi kimi Ermənistan qoşunlarının Azər baycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan vaxt qrafiki hazırlanmalıdır.

Döyüş meydanında Azərbaycan əsgərlərinin əldə etdiyi uğurlar diplomatiya meydanında da uğurlara çevrilir və danışıqların şərtlərini Azərbaycan tərəfi müəyyən edir.

Bu şərtlərin nədən ibarət olduğunu isə Prezident İlham Əliyev çıxışlarında dilə gətirib. Ermənistan işğal olunmuş torpaqlarımızdan çıxmağın qrafikini təqdim etməlidir. Əgər bu baş verməsə, Azərbaycan Ordusu bir qarış torpaqlarımızı belə düşmən tapdağı altında qoymayacaq.

Prezident İlham Əliyev işğala əsaslanan status kvonu özü dəyişdirib. Ermənistanın havadarları olan dövlətlər və böyük güclər tərəfindən təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyev bu təzyiqlərə mərd-mərdanə sinə gərməklə öz prinsipiallığını və qəti əzmini bir daha nümayiş etdirdi. Prezidentin xarici media qurumlarına müsahibələrindəki və Azərbaycan xalqına müraciətindəki açıqlamaları göstərdi ki, Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir.

Əks-hücum əməliyyatları ərzində qısa müddətdə Azərbaycan Ordusunun Füzuli və Cəbrayıl rayonlarının 20-yə yaxın kəndini işğaldan azad etməsi, Suqovuşan (Madagiz) yüksəkliyini ələ keçirməsi, Suqovuşan su anbarından Azərbaycan rayonlarına suyun buraxılması, Ermənistan silahlı qüvvələrinin artilleriya və digər ağır texnikalarının dronlar vasitəsilə müəyyən edilərək dəqiq atəşlə məhv edilməsi, Ordu bölmələri arasında rabitəsizlik, nizam-intizamın pozulması, döyüşü özbaşına tərketmə hallarının artması artıq Ermənistanın döyüşmək gücündə olmadığını göstərdi. 

Ali Baş komandanın rəhbərliyi altında Azərbaycan silahlı qüvvələri 10 günlük müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Bundan sonra Ermənistana 10 illiklər lazım olacaq ki, özünə ordu qursun. Bu döyüşlər Ermənistanın dövlət olaraq iqtisadi əsaslarını əhəmiyyətli dərəcədə sarsıtdı.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"