"Rusiyanın Ukraynada kifayət qədər ciddi yara alması hamımızın maraqlarına uyğundur" - Partiya sədri

25 iyul, 2022 15:24

“Rusiya Ukraynada qələbə çalarsa, bu, Azərbaycan üçün çoxlu problemlər doğura bilər”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib. Partiya sədri vurğulayıb ki, bir müddət əvvəl Rusiya prezidenti gənc sahibkarlarla görüşündə bu barədə kifayət qədər açıq danışdı:

“Rusiya prezidenti Vladimir Putin çıxışında I Pyotru misal gətirdi. O, çıxışında belə bir iddia irəli sürdü ki, I Pyotr Rusiya torpaqlarını birləşdirib və vahid dövlət halında toparlamağa çalışıb. Yəni, o, özgələrinin torpağını işğal etməyib, sadəcə Rusiya torpaqlarını toparlamağa çalışıb iddiasını irəli sürdü və davam etdi ki, bizim də payımıza bu düşüb. Yəni, biz də Rusiya torpaqlarını toparlamağa çalışırıq. Hələlik Rusiya Ukraynada müharibə etməklə, Ukraynanın müəyyən ərazilərini Rusiyanın nəzarətinə keçirtməyə çalışırlar”. 

A.Səmədov hesab edir ki, bu kampaniya uğurla başa çatsa, təkcə Azərbaycan üçün deyil, digər keçmiş ittifaq respublikaları üçün də ciddi problemlər yarana bilər:

“Çünki o torpaqları da Rusiya özünün torpaqları hesab edir. Ona görə də, biz təbiidir ki, Ukraynanın biz bu müharibədə qalib gəlməsinə arzulayırırq. Bu qələbə həm bizim, həm də digər ittifaq respublikalarının maraqlarına xidmət edir. Ən azından Ukrayna qalib gəlməsə də, heç olmasa Rusiyanın bu müharibədə kifayət qədər ciddi yara alması hamımızın maraqlarına uyğundur. Rusiya bu müharibədə həddindən artıq zəifləmiş vəziyyətdə çıxmalıdır ki, nə Azərbaycana qarşı, nə Qazaxıstana, nə Özbəkistana, nə də digər  keçmiş ittifaq respublikalarına qarşı hər hansı iddia ilə çıxış etməsin”. 

“Bunun üçün də Qərbin Ukraynaya dəstəyi artmalıdır, Qərb Ukraynaya daha ciddi dəstək göstərməlidir. Heç olmasa, vəd verdiklərini vaxtında çatdırmalıdır. Vaxtında çatdırmalıdır ki, Ukrayna da elan etdiyi kimi əks hücuma keçib işğal olunmuş torpaqlarını geri qaytara bilsin. Bu gün Ukrayna təkcə özü üçün deyil, regiondakı bütün dövlətlərin müstəqilliyi üçün vuruşur. Bu səbəbdən Rusiyanın müttəfiqi olan dövlətlər də Ukraynaya olan rəğbətlərini qətiyyən gizlətmirlər”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"