Əliyevlə Paşinyanın görüşünə dair danışıqlar aparılır

26 iyul, 2022 13:01

“İrəvan və Bakı Nikol Paşinyan və İlham Əliyev arasında görüşün keçirilməsinə dair danışıqlar aparır”.

“Sputnik Ermənistan” xəbər verir ki, bunu Ermənistan parlamentinin beynəlxalq münasibətlər komissiyasının rəhbəri Eduard Ağacanyan deyib. 

Onun sözlərinə görə, görüşün tarixinə dair hələ ki, dəqiq məlumat yoxdur.