Türk Dövlətləri Xüsisi Xidmət Orqanları terrorizmə qarşı birgə mübarizə məsələlərini müzakirə edir

26 iyul, 2022 15:43

Qırğız Respublikasının İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində Türk Dövlətləri Xüsusi Xidmət Orqanları Konfransının XXIV iclası keçirilir.

Konfransda terrorçuluğa qarşı birgə mübarizə məsələsi müzakirə olunur.

Qırğızıstan prezidentinin rəsmi internet saytının məlumatıan görə, toplantıda Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin rəis müavini Samir İsmayılov, Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Xidmətinin rəisi Kamçıbek Taşıyev, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin rəisi Yermek Sagimbayev, Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan, Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Abdusalom Əzizov iştirak edir.

İyulun 26-da Qırğızıstan prezidenti Sadır Japarov Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanlarının 24-cü Konfransının nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib.

Japarov vurğulayıb ki, konfrans təhlükəsizlik sahəsində əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün mühüm platformaya çevrilib.

"Bu gün Yaxın Şərqdə və Əfqanıstanda bəzi dövlətlərin bütövlüyünü təhdid edən və bu regionların hüdudlarından çox-çox kənara yayılmaq təhlükəsi yaradan miqyasda olan terror fəaliyyətinin eskalasiyası xidmətlərimizdən xüsusi diqqət tələb edir. Aydındır ki, bu təhlükə və çağırışlara qarşı mübarizədə yalnız ardıcıl və sistemli iş, birgə və əlaqələndirilmiş səylər nəticəsində mühüm nəticələrə nail olmaq mümkündür", deyə prezident qeyd edib.

O, hesab edir ki, yeni dövr problemlərin həllinə, çağırış və təhlükələrin aradan qaldırılmasına yeni yanaşmalar tələb edir.

"Bu baxımdan, bu platformanın mənalı və konstruktiv müzakirələrinin türkdilli məkanda təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verəcəyinə əmin olduğumu bildirirəm. Eyni zamanda, Konfransda iştirak edən ölkələrin xüsusi xidmət orqanları arasında sıx əməkdaşlıq ölkələrimizdə təhlükəsizliyin möhkəmləndirilməsinə, beynəlxalq terrorizm, ekstremizm və digər qlobal problemlərə qarşı səmərəli mübarizəyə kömək edəcək", deyə Sadır Japarov bildirib.

Prezident Qırğızıstan tərəfinin bu dəyərlər əsasında türk qardaş xalqları ilə səmərəli işləməyə hazır olduğunu bildirib.

1998-ci il mayın 20-də İstanbulda Qırğızıstan Respublikası, Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Türkiyə Respublikasının xüsusi xidmət orqanları arasında Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının (TYURKON) yaradılması haqqında Protokol imzalanıb. 2018-ci ildən Özbəkistanın Dövlət Təhlükəsizlik Xidməti TÜRKON-un üzvüdür. 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"