İran Rusiyaya dron satdığını təkzib etmir

27 iyul, 2022 02:03

Çərşənbə axşamı Rusiyanın İrandan pilotsuz uçuş aparatı almaq haqqında xahişini şərh edən İran parlamentinin energetika komissiyasının üzvü Hadi Beyginehad bildirib ki, İran və Rusiya arasındakı hərbi əlaqələr beynəlxalq aləmdə siyasi tarazlığı pozub.

O, İRNA-ya müsahibəsində İranın pilotsuz uçuş aparatlarının yüksək keyfiyyətə malik olduğunu qeyd edib. Onun sözlərinə görə, Tehran və Moskvanın siyasət və təhlükəsizlik sahəsində əməkdaşlığı region üçün böyük əhəmiyyət kəsb edir.

Xatırladaq ki, bir müddət əvvəl İran XİN-in nümayəndəsi Kənani ölkəsinin Rusiyaya 300 hərbi dron satacağı haqqında Qərb mənbələrinin yaydığı məlumatları təkzib etmişdi.