Qərb Rusiya-Ukrayna müharibəsində nədən qorxur?

29 iyul, 2022 02:29

Qərbdə bir çox siyasətçilər Ukraynanın bu müharibədə qələbəsindən və Rusiyanın dağıdıcı məğlubiyyətindən qorxurlar.

Səbəb də ondan ibarətdir ki, Qərb ölkələrinin siyasi isteblişmentinin xeyli hissəsinin tarixi çağırışlara və Putin rejiminin qaçılmaz məğlubiyyətindən sonra Rusiya ilə yeni münasibətlər qurulmasının zəruriliyinə hazır olmamasıdır.

Məhz buna görə də Qərb Ukraynanı müharibədə dönüş edə biləcək silahla təmin etməyə tələsmir.

Bu barədə Rusiyanın müxalif siyasətçisi Harri Kasparov "Hakimiyyət & Vlaşşenko" proqramının efirində bəyan edib.

Onun fikrinə görə, bir çox Qərb liderləri Rusiyanın Ukraynaya qarşı müharibədə dağıdıcı məğlubiyyətindən qorxurlar, çünki hadisələrin bu cür inkişafı, heş şübhəsiz, Rusiyanın daxılində böyük sarsıntılara gətirib çıxaracaq. Deməli, dünyanın siyasi mənzərəsi xeyli dəyişikliklərə məruz qalacaq.

"Qərbdə güclü "partiya" var ki, - bu, hər yerdə, müxtəlif ölkələrdə var, - o, Ukraynanın qələbəsindən və Rusiyanın dağıdıcı məğlubiyyətindən qorxur. Çünki Rusiya ordusunun Ukraynada məğlubiyyəti, Ukrayna ərazilərinin, o cümlədən Krımın azad edilməsi, demək olar ki, Rusiyada sarsıntılara səbəb olacaq və Putin rejiminin iflası ilə nəticələnəcək. Bu isə o deməkdir ki, yenidən sabitlik pozulacaq və hansısa yeni münasibətlər qurmaq lazım gələcək. 

Rusiyada hakimiyyətdə kim olacaq? Çinlə məsələ nə yerdə olacaq?" - Qərb siyasətçiləri özlərinə belə suallar verir, Kasparov belə düşünür.

O, güman edir ki, Qərb siyasətçilərinin heç də hamısı tarixin belə çağırışlarına hazır deyil. Və belə hazırlıqsızlıq Qərbin Ukraynaya necə dəstək verməsində özünü büruzə verir.

"Məhz buna görə də onlar bax, belə, necə deyərlər, "ölçülüb-biçilmiş siyasət" aparırlar: Ukraynaya o qədər silah verək ki, darmadağın olmasın, bir balaca ərzisini "geri alsın", amma bu zaman müharibənin gedişində dönüş etməyə imkan verən silah ötürülməsin", - Kasparov vurğulayıb

O, o cümlədən ABŞ prezidenti Co Bayden administrasiyasının Ukraynaya uzaqvuran raketləri verməmək qərarını da tənqid edib.

"Zənnimcə, Bayden administrasiyasının Ukraynaya uçuş məsafəsi 300 km-dək olan mərmiləri verməkdən imtina etmək qərarı, mən deyərdim ki, tamamilə əxlaqsız qərardır. Mahiyyət etibarilə bu, Putinə Ukrayna şəhərlərinin atəşə tutulmasını davam etdirmək, dinc sakinləri qətlə yetirmək üçün haqq qazandırmaq deməkdir, çünki bütün atəşlər məhz bu məsafədən- Sevastopoldan, gəmilərdən, sualtı gəmilərdən törədilir, oradan Rusiya qoşunları özlərini təhlükəsiz hiss edə bilir", - Kasparov deyib.

"Qərbin Ukraynanı silahlandırmaqda belə siyasətə haqq qazandırmaq cəhdləri, guya, Ukrayna ordusu daha ciddi silahla təmin ediləcəyi təqdirdə üçüncü dünya savaşının başlaya biləcəyi barədə fikirləri Kasparov "tamamilə sayaqlama" və yalan adlandırıb.

"Bu, onların dünya düzəninin necə olması barədə təsəvvürləridir. Amerikada bu məğlubların partiyası bu həftə Ukrayna tərəfdarlarının partiyasından, - bu partiyaya ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin daxildir, - güclü olub. Mübarizə gedir. Hər zaman mübarizə gedir", - Kasparov deyib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"