"Ermənistandan cədvəl gözləyirik" - Qarabağdan qüvvələrini çıxarması ilə bağlı

10 oktyabr, 2020 11:35

Azərbaycan Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İtaliyanın nüfuzlu “Askanews” xəbər agentliyinə müsahibə verib.

Azsiyasət.com xəbər verir ki, müsahibədə H.Hacıyevin aşağıdakı fikirləri yer alıb:

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “İtaliya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlarda vacib rola malik ola bilər”, - deyə bildirib. Atəşkəslə bağlı beynəlxalq çağırışların çoxaldığı və beynəlxalq ictimaiyyətin Moskvada Azərbaycan və Ermənistan arasında keçirilən ilk görüşün qısa zamanda atəşkəsə nail olunacağına ümid edildiyi ərəfədə Hacıyev Şuşada kilsənin və mülki əhalinin bombalanması ittihamlarını təkzib edib.

“Münaqişənin həlli üçün Ermənistandan öz işğalçı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını və qoşunların çıxarılması ilə bağlı cədvəlin təqdim edilməsini gözlədiklərini” qeyd edən Hacıyev münaqişədə məsuliyyəti Ermənistanın daşıdığını bildirib. Şuşada kiləsinin bombalanması ilə bağlı ittihamlara gəldikdə isə Azərbaycan Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri üçün bunun bir erməni propanqandası olduğunu deyib. “Azərbaycan xristian icması olan multikultural ölkədir və biz öz xristian irsimizlə fəxr edirik. Azərbaycan ordusu dini binaları, kilsələri və digər dini təsisatları hədəfə almır”, - deyə Hacıyev bildirib.

Baş verənlərlə bağlı “Ermənistan çoxlu ziddiyyətli məlumatlar təqdim edib. Hər şeydən öncə onlar deyirlər ki, bu, raket hücumudur. Kiləsinin tavanı dağılıb. Lakin kilsənin daxilindəki ikonalara zərər dəyməyib. Əgər bu raket zərbəsi olsa idi kilsənin daxilinə də zərər yetirərdi. Nəticədə, Ermənistan baş verənlərdən Azərbaycana qarşı propaqanda kimi istifadə edərək bütün dünya xristianlarını qəzəbləndirməyə səy göstərir. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra işğal edilmiş ərazilərdə bütün kilsələr və dini binalar bərpa ediləcək”, - deyə Hacıyev qeyd edib.

“Biz münaqişədə dinin istifadə edilməsinə qarşıyıq və baş verənlərlə bağlı bir daha bütün dünya xristianlarına təəssüfümüzü ifadə edir, lakin bunun nə Azərbaycan xalqının, nə də Azərbaycan dövlətinin günahı olmadığını bildiririk”, - deyə Hacıyev davam edib.

H.Hacıyev münaqişənin həllinə münasibətdə beynəlxalq ictimaiyyətin, Rusiya və Türkiyənin, eləcə də xüsusi olaraq Cənubi Tirol modeli tətbiq edilmiş İtaliyanın roluna toxunub: “Türkiyə və Rusiya hər ikisi bizim qonşularımızdır və hər ikisi vəziyyətin gərginləşməsinə görə narahatdır. Bu ölkələri Avrasiya qitəsində vacib faktorlar hesab edirik. Onlar münaqişənin tam və qlobal həllinə töhfə vermək iqtidarındadırlar ki, bu da Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan qoşunlarının çıxarılması və Ermənistanın işğalına avtomatik son qoyulması anlamına gəlir”.

27 sentyabr tarixindən münaqişənin başlanmasında ilk dəfə bu gün (dünən) Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşürlər. Beynəlxalq ictimaiyyət ən qısa zamanda atəşkəsin elan edilməsinə və 30 ilə yaxındır Qafqaz regionunu qeyri-stabilləşdirən münaqişə üzrə sülh prosesin başlanmasına ümid edir. “İnanırıq ki, İtaliya Minsk Qrupunun üzvü kimi çox vacib rola malik ola bilər. Minsk Qrupunun ilk sədri İtaliyalı Mario Raffaelli olmuşdur. O, çox yaxşı institusional yaddaş saxlamışdır. Onunla gələcək format barədə müzakirələr etmişik. Bizim üçün İtaliya modeli, Cənub Tirol çoxmədəniyyətli və linqvistik modeli ən yaxşı modeldir.

“Düşünürük ki, bu model Ermənistan və Azərbaycan münaqişəsinə də tətbiq edilə bilər. Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra ermənilər və azərbaycanlılar sülh şəraitində Azərbaycan sərhədləri çərçivəsində muxtariyyət altında birgə yaşaya bilər. İtaliya, eyni zamanda Avropa İttifaqının məsuliyyətli üzvüdür və Azərbaycanın strateji tərəfdaşıdır. Gözləntimiz İtaliyanın daha vacib rolu həyata keçirməyə davam etməsidir”, - deyə Hacıyev yekunlaşdırıb.

Müsahibə ayrıca olaraq istər video, istərsə də yazılı şəkildə “Askanews” xəbər agentliyinin internet səhifəsində yerlşdirilib. Eləcə də, həmin müsahibə İtaliyanın “Il Sole 24 Ore”, “Affari Italiani”, “Il Tempo”, “Libero Quotidiano”, “Quotidiano”, “Giornale d’Italia”, “MSN”, “Notizie Tiscali”, “Today.it”, “Notizie Yahoo”, “Finanze Yahoo”, “Timgate” və sair kimi çoxsaylı kütləvi informasiya vasitələri tərəfindən də yayımlanıb.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI