"Qaçandan sonra ona şərt qoymuşdular ki, sussun..."

01 avqust, 2022 20:57

Xəbər verildiyi kimi, “Rosnano” korporasiyasının keçmiş rəhbəri Anatoli Çubays Avropa klinikalarından birində reanimasiyaya yerləşdirilib. Onda “Guillain-Barre” adlı xəstəlik tapıldığı bildirilir.

“Guillain-Barre” sindromu ifliclə nəticələnə bilən və özünü əzələ zəifliyində, ağrılarda, uyuşmalarda göstərən nadir xəstəlikdir. Bu xəbərdən dərhal sonra Çubaysın Rusiya xüsusi xidmət orqanları tərəfindən zəhərlənməsi versiyası irəli sürüldü.

Qeyd edək ki, son zamanlar formal olaraq Putinin müşaviri sayılan Çubays “Rosnano”nun rəhbəri postundan əvvəl Prezident Administrasiyasının rəhbəri, daha sonra Baş nazirin müavini, Maliyyə naziri kimi vəzifələr tutub və Rusiya hakimiyyətində ən məlumatlı adamlardan biri sayılıb.

Tanınmış rusiyalı hüquqşünas, vəkil Mark Feyqin öz şərhində Kremlin Anatoli Çubaysı aradan götürmək üçün kifayət qədər əsasının olduğunu bildirib: “Kreml Çubaysı zəhərləyə, aradan götürə bilərmi? Əlbəttə edə bilər. Çubays Putin, onun ətrafı və dövlət sirləri barədə nəhəng informasiyaların daşıyıcısıdır. Birincisi, o, Putin hakimiyyətə gələrkən baş verən hər şeyi bilir. İkincisi, demək olar 25 il ərzində Prezident Aparatında baş verən hər şeydən xəbərdardır”.

Feyqin deyib ki, Çubays istefa ərizəsini artıq Rusiyanı tərk edəndən sonra yazıb: “Düşünürəm ki, Çubays Rusiyadan getməyib. O, qaçıb! Ancaq qaçandan sonra ona şərt qoymuşdular ki, sussun və dinc dursun. O, susurdu. Çubays yalnız bu halda özünü xaricdə təhlükəsiz hesab edə bilərdi. Ancaq son zamanlar məlumat yayıldı ki, informasiya agentlikləri ondan müsahibə almağa çalışırlar. Bəs, niyə müsahibə vermir? Onu hədələyiblərmi? Biz bunu bilmirik və özü də bu barədə heç nə demir. Sözsüz ki, Çubaysın ətrafında hansısa proses gedir və bu prosesə birmənalı olaraq, Moskva və Rusiya xüsusi xidmət orqanları cəlb olunub”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"