Putin Paşinyanla üçtərəfli bəyanatların icrasını müzakirə etdi

02 avqust, 2022 18:20

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Azsiyaset.com xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

“Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Qarabağa dair 2020-ci il 9 noyabr və 2021-ci il 26 noyabr tarixli üçtərəfli razılaşmaların həyata keçirilməsinin ayrı-ayrı praktiki aspektləri müzakirə olunub”, - məlumatda deyilir.

Hər iki ölkə lideri müxtəlif səviyyələrdə əlaqələri davam etdirmək barədə razılığa gəliblər.