"Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin etməyə hazırıq" - Paşinyan

04 avqust, 2022 13:31

“Ermənistan Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin etməyə hazırdır”.

Azsiyaset.com xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

O daha sonra əlavə edib ki, Ermənistandan olan hərbçilər Qarabağda xidmət etmir.