"Paşinyana görə Ermənistan yoxsulluğa düçar olacaq" - Türkiyəli millət vəkili

10 oktyabr, 2020 19:09

27 sentyabr səhər saatlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan ərazisinin atəşə tutulması nəticəsində başlayan müharibədə humanitar atəşkəs elan olunub.

Bakı vaxtilə 10 oktyabr saat 12:00-da başlayan atəşkəs bir neçə dəqiqə sonra Ermənistan tərəfindən pozulub. Baş verən hadisələrlə bağlı Türkiyə Böyük Millət Məclisi Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Şamil Ayrım fikirlərini bakupost.az-a açıqlamasında deyib. 

O, dəfələrlə bu müharibənin Azərbaycanın haqlı davası olduğuna diqqət çəkib:

“27 sentyabr günü başlayan müharibədə Azərbaycan Silahlı Qüvvələri BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən əks hücuma keçib. Bu müddət ərzində Ermənistan tərəfi təəssüf ki, mülki əhaliyə, yaşayış məntəqələrinə hücum edib. Əslində bu, yeni xəbər deyil. Ermənistan illərdir bu təxribatlarını davam etdirir. Günahsız insanları öldürür. Onların kitabında hüquq, ədalət adlı məfhumlar yoxdur. Beynəlxalq hüququn normalarına heç vaxt əməl etməyiblər. Etsəydilər, 1994-cü ildə BMT-nin qərarlarını yerinə yetirərdilər”.

Ş. Ayrım qeyd edib ki, Azərbaycan Ordusu indi çox güclüdür:

“Ermənilər indi də Azərbaycandan “bir az da qoparaq” prinsipi ilə yenidən hücuma başlayıblar. Amma qarşılarına çıxan ordu olduqca güclü və intizamlıdır. Artıq 30 il əvvəlki vəziyyət deyil. Ona görə Azərbaycan Ordusu lazımi cavabı verdi. Ermənistan isə ilk fürsətdə yenidən atəşkəsi pozdu”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan hər iki tərəfdə haqlıdır:

“Azərbaycan həm beynəlxalq hüquqa əməl edir, həm də cəbhədə öz torpaqları uğrundan mübarizə aparır. Prezident İlham Əliyevin bu münaqişədə irəli sürdüyü tələblər olduqca haqlıdır. Azərbaycanda hazırda ordu, xalq və rəhbər arasında milli həmrəylik var. Bu mübarizədə Türkiyə də şəraitdən asılı olmayaraq Azərbaycana dəstəkdir. Ermənistan tərəfi İlham Əliyevin şərtlərini qəbul etsə, görüşmələr davam edəcək. Bu, onlar üçün də yaxşıdır. Əks təqdirdə Paşinyan adlı qatilin boş təkidlərinə görə Ermənistan yoxsulluğa düçar olacaq. Paşinyan öz xalqını belə düşünməyən nazirdir”.

Ayrım sonda əlavə edib:

“Türkiyə Azərbaycanın yanındadır. Bütün Türkiyədən Azərbaycana salamlar. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"