İranın hərbi gəmiləri Bakıya niyə gəlib? - FOTOLAR

07 avqust, 2022 14:21

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri avqustun 7-də Bakıya gəliblər.

Azsiyaset.cok xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.